13 Noyabr 2019 17:14
596
DÜNYA
A- A+

ABŞ-dakı ermənilər PKK ilə birlikdə Türkiyə Prezidentinin səfərinə etiraz aksiyası hazırlayıblar

ABŞ-dakı ermənilər PKK terrorçuları ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə qarşı etiraz aksiyası hazırlayıblar.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Amerikanın Etməni Milli Komitəsi (ANCA) PKK terrorçularını dəstəkləyən Amerika Rojava Demokratiya Mərkəzi və Erməni Gənclər Federasiyası ilə birlikdə Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona ikigünlük səfərinə qarı etiraz aksiyalarına hazırlıq görüldüyünü bəyan edib. Onlar bununla əlaqədar sosial şəbəkələrdə xüsusi səhifə yaradıblar. Ermənilər PKK-nı dəstəkləyənləri Ağ evin qarşısına toplaşmağa və Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatına etiraz etməyə çağırıblar. "Əzabkeş xalq”ın nümayəndələri qondarma "erməni soyqırımı” ilə bağlı şüarlar da səsləndirəcəklər.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən türk icmalarının rəhbərləri qeyd ediblər ki, erməni qrupları ABŞ Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul edilməsindən sonra daha da azğınlaşıb. Ermənilərin və PKK-nı dəstəkləyən qrupların Türkiyə Prezidentinin səfəri ilə bağlı etiraz aksiyası keçirəcəyi təqdirdə türklərin də adekvat addımlar atacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video