13 Noyabr 2019 17:01
458
CƏMİYYƏT
A- A+

Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır


Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan yəhudilərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi, Türkiyə və Almaniyanın baş ravvinləri İshaq Haleva və Hain Yidşaq Etherberq, Macarıstan Yəhudiləri Assosiasiyası prezidentinin şəxsi nümayəndəsi Akos Naqi, və İsraildən olan jurnalist Elyana Rose Rude daxildir.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı qonaqları ölkəmizdə görməkdən, dinlərarası dialoq mövzusunda çox önəmli və mötəbər tədbirdə iştirak etmələrindən məmnunluğunu ifadə edib.

Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verən Komitə sədri bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Bu ənənə müasir zamanda nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Azərbaycanın dövlət müstəqilliyindən sonra bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Respublikada digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün lazımi şərait olduğunu qeyd edən Mübariz Qurbanlı ölkəmizdə 7 sinaqoqun olduğunu, Dağ, Avropa və Gürcü yəhudi icmalarının, yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini diqqətə çatdıran DQİDK sədri Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin sırasında da yəhudilərin olduğunu, Qarabağda erməni işğalına qarşı döyüşlərdə iştirak edən və şəhid olan Azərbaycan vətəndaşı Albert Aqarunovun "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü vurğulayıb. O, Milli qəhrəmanın adını daşıyan küçədə Albert Aqarunovun şərəfinə abidə ucaldığını və abidənin noyabrın 15-də açılışı olacağını da diqqətə çatdırıb.

Ölkəmizə səfərindən, buradakı müşahidələrindən məmnunluq ifadə edən Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Azərbaycanın bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edilir. O, ölkəmizdə yəhudi icmasının fəaliyyəti, digər konfessiyalarla əməkdaşlığın hər zaman diqqət mərkəzində olmasını yüksək dəyərləndirib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşün sonunda qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video