13 Noyabr 2019 16:55
466
CƏMİYYƏT
A- A+

Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar


Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup noyabrın 13-də "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları ilə görüşüb.

Şagirdlərlə söhbət edən Vəfa Abbasova bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tur-aksiya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edən məktəblilər, eyni zamanda, müstəqillik illərində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazanırlar.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası vasitəsilə şagirdlər məktəbdə qazandıqları nəzəri bilikləri möhkəmləndirəcəklər. Bu səfər məktəblilərin dünyagörüşünün artmasına da kömək edəcək.

Orta məktəb şagirdləri maarifləndirici tur-aksiyada iştirak etdiklərinə görə sevinclərini bölüşüb, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Qırx şagirddən ibarət qrup "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüb. Şagirdlər şimal bölgəsinin tarixi, adət-ənənələri ilə tanış olacaqlar. Bununla yanaşı, onlar səfər etdikləri rayonlarda təşkil olunan intellektual yarışlara da qatılacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video