Alternative content

14:59 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:39 13.11.2019

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı mövcud iqtisadi əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 13-də İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclası keçirilib. İclasın nəticəsi olaraq, tərəflər arasında razılaşdırılmış müvafiq protokol imzalanıb. Protokolda iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən ticarət, nəqliyyat, logistika, turizm, enerji və digər sahələrdə əməkdaşlıq barədə müddəalar əksini tapıb.

"Fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri və onun rəhbərlik etdiyi nümayəndə heyətinə konstruktiv müzakirələrə görə təşəkkürümü bildirirəm. İnanırıq ki, ölkələrimiz arasındakı mövcud iqtisadi əməkdaşlıq əlaqələri bu günlərdə həyata keçirilən işlər nəticəsində daha yüksək səviyyəyə qalxacaq. Noyabrın 12-də dövlətimizin başçısı ilə görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə dair tövsiyələr verildi. Əminəm ki, qarşıdakı dövrdə əməkdaşlığımızın müxtəlif sahələri üzrə bu irəliləyişi müşahidə edə biləcəyik”, - deyə M.Cabbarov qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM