13 Noyabr 2019 15:37
535
SİYASƏT
A- A+

Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır

Son aylarda Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən hadisələr birmənalı olaraq göstərir ki, Azərbaycan sərhədçiləri heç şübhəsiz və strateji əhəmiyyətli uğurlar qazanıb. Bununla əlaqədar, erməni tərəfin öz uğursuzluqlarını gizlətmək üçün Azərbaycan hərbi qulluqçularının guya Gürcüstan ərazisini tutmasında ittihamlarla gizlətmək cəhdlərinin, habelə real məğlubiyyətlərini "müzəffər” relyasiyalar kimi qələmə vermək səylərinin ətraflı təhlili xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC bu hadisələrin hərbi-siyasi təhlilini təqdim edir.

Azərbaycan ilə Gürcüstan arasına nifaq salmaq, ölkələrimizin qardaşlıq və dostluq münasibətlərinə xələl gətirmək cəhdləri bu gün və hətta dünən də başlamayıb. Erməni tərəfi faşist Almaniyasının baş ideoloqu Yozef Göbbelsin məşhur vəsiyyətlərinə israrla riayət etməyə çalışır. Göbbelsin "min dəfə təkrarlanan yalan həqiqətə çevrilir” sözləri öz uğursuzluqlarını inkar etmək siyasətinin və ağlasığmaz ümidlərinin reallaşması naminə böhtan insunasiyalarında manyakcasına inadkarlığın mahiyyətini çox gözəl ifadə edir.

Obyektiv təhlil qaydaları hadisələrin müqayisəli və xronoloji baxımdan dəqiq tutuşdurulmasını tələb edir və tərəflərin əsl məqsədlərini kifayət qədər dəqiq üzə çıxarmağa imkan verir. Bu hədəflər isə çox vaxt hadisələrin zahiri formaları arxasında gizlənir. Biz də bu qaydaya riayət edərək dövlət sərhədində baş verən hadisələrin xronoloji ardıcıllığını nəzərdən keçirməyə və erməni tərəfin əslində pis oyun zamanı yaxşı mina nümayiş etdirməyə yönəlmiş indiki addımlarının real mahiyyətini göstərməyə çalışacağıq.

2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq qərarına əsasən, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindəki hissəsinin qorunması Azərbaycan Dövlət Sərhəd Xidmətinə həvalə edilib. Bu, Azərbaycanın ali rəhbərliyinin həmin istiqamətdə gərginliyi azaltmaq və sərhəd infrastrukturunu təkmilləşdirmək istəyinin göstəricisidir.

Bu qərardan dərhal sonra Azərbaycan Sərhəd Xidməti dövlət sərhədində xidmət keçmək, sərhəd döyüş postları tikintisi və onların təchizatı üçün zəruri şərait yaradılması üzrə irimiqyaslı tədbirlər həyata keçirməyə başladı. Qısa müddətdə bu istiqamətdə yeni sərhəd postları istifadəyə verildi, sərhəd mövqeləri arasında təhlükəsiz gediş-gəliş məsələləri həll edilir, digər keyfiyyət dəyişiklikləri baş verir. Bunlar şəxsi heyətin döyüş ruhunun yüksəlməsi ilə müşayiət olunur, bu isə qarşı tərəfi narahat etməyə başlayır.

Erməni tərəfi əvvəlcə həmin dəyişiklikləri özü üçün əlverişli hesab edirdi, onun fikrincə Azərbaycan sərhədçiləri döyüş əməliyyatları aparmağı "bacarmazlar”, buna görə də 2019-cu il yanvarın 12-də Azərbaycan sərhədçilərini "yoxlamağa” cəhd göstərir – mühəndis texnikası iriçaplı atıcı silahlardan atəşə tutulur və bunun müqabilində ermənilər layiqli cavabını alır.

Martın əvvəlində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yol-mühəndis işləri aparılması bəhanəsi ilə öz mövqelərini dövlət sərhəd xətti boyunca irəlilətməyə başlayır. Onların əsl məqsədi isə tərəflərin döyüş mövqeləri arasındakı ərazidə hakim yüksəklikləri ələ keçirmək idi. Azərbaycan tərəfi düşmənin bu niyyətini vaxtında aşkar edir(bax: peyklə çəkilmiş 1-ci şəkil – erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 13-16-da döyüş postlarının irəli çəkilməsi ilə bağlı mühəndis işləri).

Erməni bölmələrinin daha əlverişli mövqelərdə möhkəmlənməsinə yol verməmək üçün onları qabaqlamaq və sərhəd döyüş mövqelərini sərhəd xəttinə qədər irəli çəkmək barədə qərar qəbul edilir. Qeyd etmək lazımdır ki, dövlət sərhəd xəttinə kifayət qədər yaxın (80-230 metr) yerləşən erməni tərəfin mövqelərindən fərqli olaraq, o vaxt Azərbaycan tərəfin döyüş mövqeləri sərhəd xəttindən təqribən 2 kilometr aralı idi. İntensiv atəşlərə baxmayaraq və şəxsi heyətin səyləri, habelə onların hərəkətlərinə taktiki baxımdan savadlı rəhbərlik edilməsi sayəsində artıq martın 28-də sərhəd xəttindən təqribən 300 metr aralıda yerləşən hakim yüksəklikdə Azərbaycan sərhədçilərinin yeni döyüş postu qurulur(bax: peyklə çəkilmiş 2-ci və 3-cü şəkillər – erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 28-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri).Beləliklə, düşmənin öz mövqelərini irəli çəkmək niyyəti tamamilə neytrallaşdırılır və bu niyyət öz mənasını itirir, erməni silahlı qüvvələrinin yeganə çarəsi Azərbaycanın qürurla dalğalanan milli bayrağını yaxınlıqda köməksiz halda müşahidə etməyə qalır.

Bu vəziyyətlə barışmaq istəməyən erməni tərəfi iyun ayında dövlət sərhədi istiqamətində öz mövqelərini irəlilətmək məqsədilə növbəti dəfə provokasiyaya əl atır və Azərbaycan sərhədçiləri onları qabaqlamaq məqsədilə yenidən təsirli tədbirlər görməyə məcbur olur. Nəticədə iyulun axırlarında Azərbaycan sərhədçiləri öz döyüş mövqelərini irəlilədir və sərhəd xəttinin bilavasitə yaxınlığında hakim yüksəklikdə möhkəmlənir (bax: peyklə çəkilmiş 4-cü şəkil - erməni silahlı qüvvələri tərəfindən 2019-cu il iyulun 31-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri).Bunun sayəsində erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi, həmçinin Gürcüstandan Ermənistana gedən qaz boru kəməri və qaz-kompressor stansiyası(bax: şəkil 5)Azərbaycan sərhədçilərinin tam nəzarəti altına düşür. Bu, erməni tərəfi üçün əsl şok olur.

Erməni tərəfi buna cavab olaraq, snayperləri ön mövqelərə hərəkət etdirir, onların atəşləri nəticəsindəAzərbaycanınikisərhədçisi yaralanır, avtomobil texnikasına, o cümlədən tibb maşınına bir neçə güllə dəyir, bu isə müharibə aparılmasının hamılıqla qəbul edilmiş bütün qanunlarına ziddir. Bunun cavabında Azərbaycan tərəfi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, nəticədə düşmən tərəfin bir snayperi məhv edilir (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html) və erməni silahlı bölmələrinin bir neçə hərbi qulluqçusu yaralanır. Bu fakt Ermənistan KİV-ləri tərəfindən də təsdiqlənir ((https://ru.armeniasputnik.am/incidents/20190729/19831771/MID-Armenii-soobschilo-o-gibeli-odnogo-i-ranenii-2-voennykh-na-granitse-s-Azerbaydzhanom.html).

Bəs həmin vaxtda erməni tərəfi nə edir? Düz fikirləşirsiniz. Həqiqətə tam zidd olan ictimai rəy formalaşdırmağa başlayır. Məsələn, Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan avqustun 12-də Azərbaycanla həmsərhəd Tavuş istiqamətində erməni ordusunun mühüm uğurları barədə bəyanatla çıxış edir (https://ru.armeniasputnik.am/society/20190812/20036476/Armyanskie-VS-poluchili-preimuschestvo-nad-ryadom-pozitsiy-Azerbaydzhana---Balayan.html). Lakin onlar burada da, necə deyərlər, uğursuzluğa düçar olur. Avqustun 16-da Azərbaycan Dövlət Sərhəd Xidməti DSX-nin nümayəndəsi general-mayor Elçin İbrahimovun şəxsində bu informasiyanı tamamilə təkzib edən bəyanatla çıxış edir və göstərir ki, əksinə, təmas xəttində strateji üstünlük Azərbaycan tərəfinə məxsusdur.

Təəssüf ki, bundan sonra dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Erməni tərəfi Azərbaycan sərhədçiləri tərəfindən layiqincə dəf edilməsinə baxmayaraq, atəşkəs rejimini pozmaqda israrla davam edir, nəticədə 61 yaşlı azərbaycanlı ekskavatorçu ölümcül yaralanır və bunun cavabında Azərbaycan sərhədçiləri düşmənin bir neçə hərbi qulluqçusunu neytrallaşdırır (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html,http://armenianreport.com/pubs/228991/,http://armenianreport.com/pubs/228983/).

Erməni tərəfin gərginliyi artırmaqda əsas məqsədinin nə olduğunu soruşsaq, bu sualın ən məntiqi cavabı belə olar ki, onlar Azərbaycan sərhədçilərini cavab tədbirləri görməyə təhrik etmək və bu fonda özlərini zərərçəkmiş tərəf kimi qələmə vermək, bundan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müvafiq mexanizmlərinə təsir etməyə çalışmaq istəyirlər. Təxminən 30 il bundan əvvəl belə "fəndlər” ermənilərə ciddi üstünlük gətirmişdi, lakin xoşbəxtlikdən indi zəmanə dəyişib və bütün dünya ermənilərin yalanları və məkrliliyi barədə kifayət qədər məlumatlıdır.

Yuxarıda deyilənləri yekunlaşdıraraq, bu nəticələrə gəlmək olar: təmas xəttindəgərginliyin artırılması ilə bağlı bütün halların təşəbbüskarı Ermənistan silahlı qüvvələrinin bölmələri olub. Həm mart ayında, həm də iyun ayında erməni tərəfin provokasiyaları bumeranq effekti ilə başa çatıb, yəni onların hərəkətlərinə cavab olaraq Azərbaycan sərhədçiləri həmhüdud ərazinin strateji əhəmiyyətli hissələrini öz nəzarəti altına götürüb və ermənilərin təhrikçiliyinə qarşı aparılan əks əməliyyat nəticəsində Azərbaycan sərhədçilərinin döyüş mövqeləri 1,5-1,7 kilometr irəliləyib və erməni ordusunun döyüş mövqeləri bizimkilərin tam nəzarəti altına düşüb (Bunun nəticəsində Ermənistanın neçə hektar ərazisi Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi barədə nəticə çıxarmağı oxuculara həvalə edirik).

Bəs bu vəziyyətdə erməni silahlı qüvvələrinin komandanlığı nə edir? Onlar özlərini hərbi avantürasına və döyüşdə məruz qaldığı itkilərə görə məsuliyyəti etiraf etmək əvəzinə "Tavuş istiqamətində ciddi hərbi-strateji uğur qazanmaları” barədə raport verir. Bu, 3-cü ordunun korpus komandiri, polkovnik Qriqori Xaçaturova (KTMT-nin sabiq baş qərargah rəisi, sabiq baş katib, hazırda istintaq altında olan Yuri Xaçaturovun oğluna) general-mayor hərbi rütbəsi verilməsi ilə, habelə Ermənistanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan ilə sərhəddə guya 140 hektar ərazinin azad edilməsi barədə çoxsaylı feyk məlumatın yayılması ilə təsdiqlənir.

Lakin erməni təbliğat-təşviqat maşını bununla da kifayətlənmir. Ermənistanın xüsusi xidmət orqanlarındakı kuratorları tərəfindən istiqamətləndirilən erməni KİV-ləri, həmçinin erməni diasporu tərəfindən səxavətlə sponsorluq edilən xarici medialar (məsələn, Hollandiyanın "bellingcat.com” saytı), yenə də Göbbelsin "yalan nə qədər dəhşətli olsa, kütlə ona bir o qədər həvəslə inanır” fikrini rəhbər tutaraq Azərbaycan tərəfi guya Gürcüstan ərazisinə müdaxilə etməkdə təqsirləndirərək Gürcüstanı da bu məsələyə cəlb etməyə çalışırlar. Bu halda bir neçə məqsəd güdülür: Azərbaycan-Gürcüstan münasibətlərinə nifaq salmaq; Gürcüstanı öz ərazisindən Ermənistana qarşı istifadə edilməsi məqsədilə həmin ərazini Azərbaycana verməkdə günahlandırmaq; özlərinin Gürcüstan ərazisini tutmaq planları üçün zəmin hazırlamaq. Bunu təsdiq edən müxtəlif bəyanatlar var: əgər Gürcüstan özü tədbir görməsə, Ermənistan öz ərazisinə qarşı təhlükənin qarşısını istənilən vasitələrlə almaq hüququnu saxlayır; Ermənistanın özü tərəfindən Gürcüstan torpaqlarının tutulmasını ört-basdır etmək – bu işğal nəticəsində Gürcüstan ərazisində on minlərlə kvadratmetr ərazi, o cümlədən Gürcüstandakı Xucabi monastrı erməni silahlı dəstələrinin nəzarəti altına düşüb. Gürcüstanın "kavkazplus.com” saytı bu il 5 noyabr tarixli materialda bu barədə ətraflı yazıb (http://kavkazplus.com/news.php?id=26929#.XccFpDMzbIU).

Bu insunasiyalar fonunda iyulun 14-də Azərbaycan-Gürcüstan dövlət sərhədindəki "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Azərbaycan sərhədçilərinə qarşı törədilmiş provokasiya yada düşür. Bu provokasiyanın təşkilatçılarının və icraçılarının niyyətinə görə o, gürcü vətəndaşları arasında çoxsaylı tələfata gətirib çıxarmalı və bununla da Azərbaycan-Gürcüstan münasibətlərini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirməli idi. Yalnız Azərbaycan sərhədçilərinin şüurlu və misilsiz təmkinli davranışı sayəsində bu mürəkkəb, süni şəraitdə yaradılmış və israrla qızışdırılan vəziyyəti idarə etmək mümkün oldu.

Böyük ehtimalla demək olar ki, Azərbaycanın Ermənistan və Gürcüstan ilə sərhədində yuxarıda göstərilən hadisələr arasında birbaşa əlaqə olub. Yetərincə əsaslandırılmış bu fərziyyəni həmin hadisələr barədə erməni mətbuatında dərc olunmuş materialların adi təhlili ilə də təsdiqləmək olar.

Proseslərin inkişafının sadə məntiqi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsində marağı olan yeganə region dövləti Ermənistandır. Burada onu da xatırlamaq yerinə düşər ki, Ermənistanın Azərbaycanla Gürcüstanı savaşdırmağa çalışması ilk dəfə deyil. 2017-ci il yanvarın 11-də "panarmenian.net” saytında dərc edilmiş "Azərbaycan təqribən 1000 hektar ərazini işğal edərək Gürcüstan ərazisində dayaq məntəqələri qurub” sərlövhəli material buna sübutdur (http://www.panarmenian.net/rus/news/229791/).

XXI əsrdə, hər hansı informasiyanın əlçatan olduğu şəraitdə öz məğlubiyyətini müzəffər qələbələr kimi qələmə vermək cəhdləri üstündə dayandığı budağı kəsməyə bənzəyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video