Alternative content

01:07 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ məktəbliləri cənub bölgəsinin tarixi məkanları və istehsal müəssisələri ilə tanış olacaqlar
Qəbələ məktəbliləri cənub bölgəsinin tarixi məkanları və istehsal müəssisələri ilə tanış olacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:37 13.11.2019

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları arasında Qəbələ məktəbliləri də var. Noyabrın 13-də rayonun 40 nəfər fəal məktəblisi və onları müşayiət edən şəxslər respublikamızın cənub bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən Qəbələ məktəbliləri ilə bir gün əvvəl keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova "Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyəti barədə danışıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, layihənin əsas məqsədi şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, məktəblilərə səfər edəcəkləri Lənkəran, Masallı və Astara rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın cənub bölgəsinin tarixi məkanları, istehsal müəssisələri ilə tanış olacaqlar. Ətayə Osmanova məktəblilərə tur-aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəallıq göstərmələrini tövsiyə edib.

Tur-aksiya iştirakçılarını yola salmaq üçün noyabrın 13-də Qəbələ şəhərindəki Heydər Əliyev Parkına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər məktəblilərə son tövsiyələrini veriblər.

Tur-aksiya iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon rəhbərliyinin və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM