13 Noyabr 2019 12:36
427
CƏMİYYƏT
A- A+

Şamaxı məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə yola salınıblar


Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 13-də Şamaxıdan bir qrup şagird cənub bölgəsinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda müasir Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova şagirdlərə uğurlu yol arzulayıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tur-aksiyanın iştirakçısı, Şamaxı Avropa liseyinin IX sinif şagirdi Zöhrə Hacıyeva ölkəmizdə yeniyetmə və gənclərə göstərilən qayğıdan danışıb, tur-aksiyanın ayrı-ayrı bölgələri daha yaxşı tanımaqda əhəmiyyətini vurğulayıb, bunun üçün bütün yoldaşları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Yola salınan Şamaxı şəhər 6 saylı tam orta məktəbin şagirdi Murad Məmmədov isə deyib: "Cənub bölgəsində olmamışam. İndi Lənkərana gedirik. Oradan Masallıya, daha sonra Astaraya səfər edəcəyik. Bu rayonların müasir həyatı, tarixi yerləri ilə tanış olacaq, həmyaşıdlarımızla ünsiyyət quracağıq. Bütün bunlar bizə doğma Azərbaycanımızı daha yaxından tanımağa imkan verəcək. Bu imkanı bizə verdiyinə görə bütün yoldaşlarım adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Yolasalma mərasimində məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdiriblər. Rayon musiqiçilərinin ifasında konsert olub.

Sonda şagirdlər avtobusa əyləşərək yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video