Alternative content

00:25 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:29 13.11.2019

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Bakı şəhərinin Xətai rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin noyabrın 13-də Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarına yolasalma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Xətai rayonundakı Heydər Əliyev parkında təşkil olunan tədbirdə əvvəlcə məktəblilər Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Yolasalma mərasimində konsert proqramı təşkil olunub, məktəblilər müxtəlif kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyiblər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev məktəblilərin dünyagörüşünün zənginləşməsində tur-aksiyanın önəmini vurğulayıb. Bildirib ki, "Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Bu ekskursiyanın şagirdlərin yaddaşında silinməz iz qoyacağını deyən icra hakimiyyətinin başçısı məktəblilərə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxışında bildirib ki, ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmaları, ölkәmizin tarixini dәrindәn öyrәnmələri baxımından bu layihənin böyük əhəmiyyəti var. Tur-aksiya, həmçinin məktəblilərə ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dinamik sosial-iqtisadi inkişaf ilə hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Rayonun 27 saylı tam orta məktəbinin şagirdi Razim Məmmədli AZƏRTAC-ın müxbirinə müsahibəsində ekskursiyanın onlarda zəngin təəssürat yaradacağını qeyd edərək deyib: "Ekskursiya zamanı Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarının təbiəti, tarixi məkanları, görməli yerləri, muzeyləri ilə tanış olacağıq. Qayıtdıqdan sonra sinif yoldaşlarımıza, dostlarımıza orada gördüklərimiz barədə danışacağıq. Biz məktəblilərə belə bir layihə hədiyyə etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.

Xətai rayon 264 saylı tam orta məktəbin şagirdi Çinarə Süleymanlı qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımaq baxımından geniş imkanlar açır. O deyib: "Mən bu tur-aksiyada ilk dəfədir iştirak edirəm. Bu layihədə iştirak etmək arzumun reallaşdığına görə çox sevinirəm. Tur-aksiya ölkəmizi daha yaxından tanımaq baxımından bizim üçün çox əhəmiyyətlidir. Buna görə dövlətimizin başçısına minnətdarıq. Bu layihə bizə Vətənimizi daha çox sevməyi öyrədir. Vətəni sevmək üçün isə onu görmək və yaxından tanımaq lazımdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM