Alternative content

06:31 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq” layihəsinə qoşulan Yevlax məktəbliləri şimal bölgəsinə yola düşüblər
“Ölkəmizi tanıyaq” layihəsinə qoşulan Yevlax məktəbliləri şimal bölgəsinə yola düşüblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:28 13.11.2019

Yevlax rayonunun məktəbliləri "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilər və valideynlərlə keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və başqaları çıxış edərək, məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Bildirilib ki, respublikamızın şimal bölgəsi ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. Yevlax rayonunun məktəbliləri 4 gün ərzində Quba rayonunda Cümə məscidi, Qırmızı qəsəbə, Quba soyqırımı Memorial kompleksi, Quba Xalçaçılıq emalatxanası, "ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü ilə tanış olacaq, Qusar rayonunun Həzrə kəndindəki "Şeyx Cüneyd” türbəsinə və "Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, "Şəxsiyyətlər Muzeyi", Çənlibel parkına və "Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolarla, tarixi sənədlərlə tanış olub, şəhərin mərkəzi meydanında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra şimal bölgəsinə yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM