13 Noyabr 2019 12:28
504
CƏMİYYƏT
A- A+

Sabunçuda sakinlərin problemləri dinlənilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Sabunçu qəsəbəsinin sakinləri ilə görüşü olub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil edilib.

Görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev, paytaxtın və rayonun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri sakinlərin müraciətlərini və təkliflərini dinləyiblər.

Əvvəlcə rayon icra hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanovun qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

"Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Sabunçu qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstəklərini ifadə ediblər.

Sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Prezident İlham Əliyevin dövlət qurumlarının rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinə öz problemləri kimi yanaşmaqdır.

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri məsələlərindən danışan Eldar Əzizov bildirib ki, dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Görüşdə 30-dan çox sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi ilə bağlı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video