Alternative content

14:15 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tur-aksiya məktəblilərə bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri barədə zəngin bilgilər qazandırır
Tur-aksiya məktəblilərə bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri barədə zəngin bilgilər qazandırır
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:20 13.11.2019

Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi ilə qatıldıqları altıncı maarifləndirici tur-aksiyalara start verilib. Aksiya çərçivəsində Kürdəmir rayonundan olan 40 nəfər yuxarı sinif şagirdi noyabrın 13-də Lənkəran-Masallı-Astara marşrutu üzrə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib. Mərasimdə rayon rəhbərləri, təhsil şöbəsinin nümayəndələri, məktəb direktorları, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar öncə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gələrək, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyanın artıq ənənə halını aldığını bildirib. Diqqətə çatdırılıb ki, bu layihənin məqsədi Azərbaycanın ayrı-ayrı bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə məktəbliləri yaxından tanış etmək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə onlarda əyani təsəvvür yaratmaqdır. İcra başçısı şagirdlərə uğurlu yol, xoş istirahət arzulayıb, dörd gün ərzində Lənkəran-Masallı-Astara bölgəsi barədə zəngin məlumatlar qazanmağı tövsiyə edib.

Sonra valideyn Rafiq Əsgərov çıxış edərək deyib: "Mənim övladım da tur-aksiya iştirakçısıdır. Prezidentimizə çox-çox minnətdaram. Uşaqlarımız bu səfərdən zəngin təəssüratlar əldə edəcəklər. Həm gözəl istirahət edəcək, həm Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə məlumatlandırılacaq, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bugünkü sürətli sosial-iqtisadi inkişafını gözləri ilə görəcəklər”.

Şəhər 3 saylı tam orta məktəbin şagirdi Məmməd Əsgərov tur-aksiyanın iştirakçısı olan yoldaşları adından bu layihənin səbəbkarı Prezident İlham Əliyevə minnətdarlığını bildirib, səfər edəcəkləri rayonların bu günü, keçmişi barədə zəngin bilgilər alacaqlarını, yeni dostlar qazanacaqlarını söyləyib.

Sonda məktəblilər avtobusla yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM