Alternative content

01:27 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocavəndli məktəblilər Quba, Qusar və Xaçmaz rayonlarının müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər
Xocavəndli məktəblilər Quba, Qusar və Xaçmaz rayonlarının müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:04 13.11.2019

"Ölkəmizi tanıyaq” layihəsinə qoşulan xocavəndli məktəblilər maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində tur-aksiyada iştirak edən xocavəndli məktəblilərlə görüş keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şagirdlərə tur-aksiyalar barədə geniş məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayırlar. Hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə etməli, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, kulinariyası, müasir inkişafı barədə geniş bilgilər əldə etməlidir.

Salakətin kənd tam orta məktəbin şagirdi Ayxan Nəsirli AZƏRTAC-a müsahibəsində deyib: "Bu gün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən aksiya çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarına səfər edirik. Ekskursiya zamanı digər şagirdlərlə birlikdə bu rayonların gözəl təbiəti, tarixi abidələri, görməli yerləri ilə tanış olacağıq. Ən böyük arzum isə Qarabağımızın işğaldan azad olunması və belə layihələrin ata yurdum olan Xocavənd rayonuna da təşkil edilməsidir".

Tuğ kənd tam orta məktəbinin şagirdi Ayna Novruzlu isə sevincini belə ifadə edib: "Əvvəlki illərdə televiziyada "Ölkəmizi tanıyaq" layihəsi çərçivsində respublikamızın müxtəlif bölgələrinə ekskursiya edən məktəbliləri seyr edərək, mən də layihə iştirakçısı olmağımı arzulayırdım. Çünki tur-aksiya məktəblilərə Vətəni gəzmək, ölkəmizin hər bir guşəsini tanımaq, biliklərini artırmaq imkanı yaradır. Bu gün mən də arzuma çataraq, Azərbaycanın şimal bölgəsini yaxından tanımaq imkanı qazanmışam".

Şagirdlər ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzdükdən sonra onlar üçün ayrılmış avtobusla yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM