13 Noyabr 2019 11:02
444
CƏMİYYƏT
A- A+

Cənub bölgəsinin tarixi məkanları ilə tanışlıq Şəki məktəblilərinin ürəyincə olacaq


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki rayonunun məktəbliləri noyabrın 13-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları ilə bir gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, "Ölkəmizi tanıyaq” layihəsinin mühüm əhəmiyyət daşıdığını, tur-aksiyaların məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildirib. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan minlərlə məktəblini qəbul etdiyini vurğulayan icra hakimiyyətinin başçısı tur-aksiyanın indiki mərhələsində də Şəkiyə respublikamızın 18 rayonundan 800-dək məktəblinin gələcəyini diqqətə çatdırıb.

Bildirilib ki, cənub bölgəsinə səyahət zamanı məktəblilər Lənkəran, Masallı və Astara rayonlarında Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər.

Şəki məktəblilərini yola salmaq üçün Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan şəhər icra hakimiyyətinin rəsmiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.

Şəki şəhərindəki 19 nömrəli tam orta məktəbin şagirdi Fatimə Həsənova, 10 nömrəli tam orta məktəbin şagirdi Çələbi Babayev və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video