Alternative content

06:51 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bölgələrlə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayacaq
Bölgələrlə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:58 13.11.2019
Noyabrın 13-də səhər saatlarında Şirvan Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda şəhər rəhbərliyi, təhsil şöbəsinin məsul işçiləri və valideynlər "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şirvanlı şagirdləri şimal bölgəsinə yola salıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirə şəkli çəkdiriblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəlib, Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən sənəd və fotoşəkillərlə tanış olublar. Səfərə yollananlar məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıb, onların ifa etdikləri mahnı və şeirləri dinləyiblər.

Qrup rəhbəri, şəhər 20 nömrəli tam orta məktəbin müəllimi Ərəstun Qasımov deyib: "Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları - Şirvan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Səfər proqramımız olduqca zəngindir. İnanıram ki, məktəblilərimiz ölkənin şimal bölgəsinə səfərdən xoş təəssüratlarla qayıdacaqlar”.

Tur-aksiyada iştirak edən şəhər 20 nömrəli tam orta məktəbin XI sinif şagirdi Valehzadə Ümid sevinc hissini belə ifadə edib: "Çox sevinirəm. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Şimal bölgəsini görmək çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.

Sonra tur-aksiyada iştirak edən məktəblilər Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

X X X

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak edən biləsuvarlı məktəblilər noyabrın 13-də Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola düşüblər.

Yolasalma mərasimində rayon rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Sahil Hüseynzadə bildirib ki, "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.

Mərasim başa çatdıqdan sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.

X X X

Maarifləndirici tur-aksiyada iştirak edənlər arasında cəbrayıllı məcburi köçkün məktəblilər də var.

Məktəblilərin yola salınması münasibətilə Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən rayon icra hakimiyyətinin qarşısındakı meydanda mərasim keçirilib.

Tur-aksiya iştirakçıları, rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər əvvəlcə ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsini və şəhidlərin xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva səfər proqramı barədə məlumat verərək deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Cəbrayılın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərdiyi kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin də qayğısına qalır.

Tur-aksiya iştirakçısı Tatar kənd orta məktəbinin X sinif şagirdi Mərdanlı Sərfinaz ekskursiyadan zəngin təəssüratlarla qayıdacaqlarına əmin olduğunu bildirib.

Sonra şagirdlər xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola çıxıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM