Alternative content

14:01 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Laçın məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya başlayıblar
Laçın məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya başlayıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:57 13.11.2019

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Laçın rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, laçınlı məktəblilər maarifləndirici tur-aksiyaya məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsindən yola salınıblar. Tus-aksiya iştirakçıları ilə keçirilən görüş zamanı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünya görüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və sevdirməkdir.

Qeyd olunub ki, Quba-Qusar-Xaçmaz bölgəsində turizmin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm gözəl təbiəti, həm də tarixi məkanları ilə tanınır. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə edərək, bölgə haqqında geniş məlumatlar əldə etməli, səfərlərinin mənalı və səmərəli keçməsinə çalışmalıdır.

Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.

Laçın rayon 37 nömrəli tam orta məktəbin şagirdi Xoşbəxt Əsədullayeva AZƏRTAC-a müsahibəsində deyib: "Tur-aksiyada iştirak etdiyimə görə çox sevinirəm. Bu gün Azərbaycanın Quba, Qusar, Xaçmaz rayonlarına səfərə çıxırıq. Bu bölgə haqqında televiziyadan, kitablardan məlumatım var. Bilirəm ki, gözəl təbiəti, dağları, meşələri olan, eyni zamanda, tarixi abidələrlə zəngin bölgədir. İnanıram ki, səfərdən xoş təəssüratlarla qayıdacağıq. Aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstünü ziyarət etdikdən sonra xatirə şəkli çəkdirib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM