Alternative content

14:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:56 13.11.2019

Dövlətimizin başçısının təşəbbüsü və tövsiyəsi ilə ənənəvi olaraq hər il təşkil olunan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına "Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində noyabrın 13-də respublikamızın cənub bölgəsinə ekskursiyaya yollanan Zaqatala məktəbliləri ilə bir gün öncə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə altıncı ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

Noyabrın 13-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Ölkənin cənub bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Zaqatala Humanitar Fənlər Gimnaziyasının şagirdi Əkbər Şəfizadə, şəhər 3 saylı tam orta məktəbin şagirdi Nazlı Əhmədova və digər məktəblilər gənclərə belə gözəl layihə bəxş etdiyinə görə məktəblilər adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM