13 Noyabr 2019 10:55
439
CƏMİYYƏT
A- A+

Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2019-ci il noyabrın 13-16-da "Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu tur-aksiya çərçivəsində Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər.

Nəsimi Rayon İcra Hakimiyyətinin tur rəhbəri Vəfa İsmayılova bildirib ki, "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonunun ümumtəhsil məktəblərindən öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 10-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Gəncə, Şəmkir və Göygöl rayonlarına səyahət edəcək, bu bölgənin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri ilə yaxından tanış olacaq, müxtəlif tədbirlərə qatılacaqlar. Diqqətə çatdırılıb ki, "Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır.

"Ölkəmizi tanıyaq” tur-aksiyasında ilk dəfə iştirak etdiyini deyən məktəbli Sara Mamayeva bildirib : "Çox sevinirəm. İnanıram ki, özümə yeni dostlar qazanacağam. Azərbaycanın qərb bölgəsinə səfərin çox maraqlı olacağını düşünürəm. Oranın tarixi məkanları, gəzməli-görməli yerləri ilə yaxından tanış olacağıq. Bu şəraiti bizə yaratdığına görə Prezidentimiz İlham Əliyevə minnətdarıq”.

Digər məktəbli Sənan Ağayev isə vurğulayıb: "Bu, çox önəmli layihədir. Biz məktəblilərə ölkəmizi daha yaxından tanımaq üçün çox yaxşı imkan yaradır. Biz görmədiyimiz bölgələrimiz barədə kitablar, internet vasitəsilə məlumat əldə edirdik, lakin bu layihə sayəsində indi həmin yerlərin canlı şahidi olacağıq. Əminəm ki bu səfər bizdə çox xoş təəssüratlar yaradacaq. Oxuduğum məktəbdən yoldaşlarım əvvəllər bu tur-aksiyada iştirak ediblər. Onlar öz təəssüratlarını bölüşəndə mənə çox maraqlı gəlirdi və arzulayırdım ki, mən də bu tur-aksiyada iştirak edim. Bu gün çox xoşbəxtəm ki, arzum həyata keçdi və artıq mən də bu tur-aksiyanın iştirakçısıyam”.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.

Qeyd edək ki, on ikinci tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasının Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev tərəfindən həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalanması şagirdlərin diqqətinə çatdırılacaq. Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video