Alternative content

01:38 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:13 13.11.2019

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax rayonunun məktəbliləri noyabrın 13-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilərlə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Musa Şəkiliyev maarifləndirici tur-aksiyanın əhəmiyyətindən söhbət açıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Noyabrın 13-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində bildirilib ki, məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarında olduqca maraqlı ekskursiya gözləyir. Onlar dörd gün ərzində cənub bölgəsi rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Lənkəran rayonundakı Hirkan Milli Parkına və Xanbulan gölünə, Masallıdakı "ASAN həyat” kompleksinə, Sənaye Məhəlləsinə, Astaradakı çay fabrikinə, bulvara ekskursiyalar, həmçinin bölgədəki çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.

Qax şəhər 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Fuad Kərimli, Zəyəm kənd tam orta məktəbin 11-ci sinif şagirdi Səma Əmranlı və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM