Alternative content

20:26 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sülhün, ədalətin və kamilliyin tərənnümçüsü
Sülhün, ədalətin və kamilliyin tərənnümçüsü
ANA SƏHİFƏ / SİYASƏT
02:34 13.11.2019


Bu gün müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, həm də regionun dini mərkəzi kimi qəbul olunur. Geosiyasi baxımdan mühüm coğrafi məkanlardan sayılan Qafqaz bölgəsində tarix boyu həm etnik, həm də dini cəhətdən gərginlik yaratmağa cəhdlər göstərilib ki, bu cəhdlər də bölgədə müxtəlif millətlər və onların mənsub olduqları din və inanc qrupları arasında toqquşmaların meydana gəlməsi ilə nəticələnib. Bu baxımdan bir çox fərqli dini inancın və etnik qrupun cəmləşdiyi bölgədə dini tolerantlığa, dözümlülüyə, sülh şəraitində birgəyaşayışa nail olmaq da böyük zəhmət tələb edirdi.

Xüsusilə, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil, muxtar respublikaların yaranması özü ilə birlikdə çoxsaylı problemlər gətirdi. İstər sovet dövründə, istərsə də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan həm milli, həm də dini zəmində problemlərlə qarşı-qarşıya qaldı. Tarixin müxtəlif dövrlərində bir çox siyasi və dini liderlər bölgədə sülhün, əmin-amanlığın qorunub saxlanılması üçün mübarizə aparıblar. Məhz bu dövrdə Qafqaz xalqları arasında sülhün qorunub saxlanılmasında ruhani rəhbər kimi Şeyxülislam Allahşükür Paşazadə böyük əmək sərf edib.

1975-ci ildən xalqın mənəvi cəhətdən irşadı, milli-mənəvi dəyərlərin bərpası yönündə dini lider olaraq bütün səylərini ortaya qoyan A.Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçildi, bu qurumun tarixində 12-ci şeyxülislam oldu. Məsələlərə hər cür məzhəbçilikdən uzaq, sırf islam mövqeyindən yanaşması onun Qafqazdakı bütün müsəlmanlar arasında böyük etibar və nüfuz qazanmasına gətirib çıxardı. Daim müdrik dini siyasət yürüdən Şeyxülislam Allahşükür Paşazadə SSRİ-nin repressiv antidin siyasəti dövründə belə dindarların basqılar altına düşməsinin qarşısını məharətlə ala bildi. O, fəaliyyətinin ilk günlərindən etibarən dini ibadətgahların - məscidlərin, ziyarətgahların təmirinə və bərpasına çalışıb, bu yerlərin kommunist ideologiyasının qurbanına çevrilərək klublar, anbarlar, muzeylər şəklində istifadəsinin əleyhinə olub. İstər sovet dövründə, istərsə də müstəqillik illərində bir sıra beynəlxalq təşkilatlarda xalqını təmsil etməsi isə insanların öz dini liderinə olan yüksək sədaqət və etimadının göstəricisi kimi qiymətləndirilməlidir.

Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi olub. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi səmərəli fəaliyyəti Allahşükür Paşazadəyə ölkə daxili ilə yanaşı, ölkə xaricində də böyük nüfuz qazandırmışdı. Hacı Allahşükür Paşazadə hələ SSRİ dövründən Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi beynəlxalq aləmlə əlaqələri genişləndirməyi, dünya miqyasında nüfuzlu təşkilatlarla münasibətləri formalaşdırmağı fəaliyyətinin əsas prioritetinə çevirmişdir. Məhz onun bu fəaliyyətinin nəticəsində 1986-cı il oktyabr ayının 1-də "Müsəlmanlar sülh uğrunda mübarizədə!” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dünyanın 60 ölkəsindən 600 nəfər nüfuzlu dövlət və din xadimlərinin iştirak etdiyi beynəlxalq konfrans çoxsaylı xarici qəzet, jurnal və televiziyaların hazırladıqları materiallar sayəsində böyük əks-səda yaratmış, müsəlman dövlətlərinin Azərbaycana marağının artmasına gətirib çıxarmışdır. Şeyx həzrətlərinin bu uzaqgörənliyi sonradan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində faydalı olmuşdur. Təsadüfi deyil ki, sovet illərində fəaliyyət göstərən dörd müsəlman ruhani idarəsindən yalnız Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi məhz Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu və böyük hörməti sayəsində öz mahiyyətini qoruyub saxlayaraq, daha da genişlənərək regionun ən güclü dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi kimi fəaliyyətini bu gün də davam etdirir.

Bu gün Qafqaz Müsəlmanları İdarəsi bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınır, fəaliyyətinə yüksək qiymət verilir. Qafqaz müsəlmanlarının səsi ən mötəbər beynəlxalq tədbirlərdən, nüfuzlu təşkilatlardan gəlir. Bunların sırasında BMT, UNESKO, İKT, "Vicdana çağırış” fondu, Ümumdünya Xalq İslam Rəhbərliyi və s. nüfuzlu təşkilatların adlarını çəkmək olar. QMİ-yə 40 ildir ki, başçılıq edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə, o cümlədən Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Ümumdünya İslam Konqresinin, Ümumdünya Sülh Şurasının, habelə Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü vəzifələrinə seçilib. Bu 40 ildə o, şeyxülislam kimi cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin qorunması, təbliği, o cümlədən milli həmrəyliyin bərqərar olunması, beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, xalqımızın multikultural və tolerant dəyərlərinin təbliği, Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərmişdir. Ayrı-ayrı ölkələrin ən nüfuzlu dövlət və din xadimləri tərəfindən ehtiramla qəbul edilən böyük şəxsiyyət Allahşükür Paşazadənin ölkəmizin bütün dünyada tanıdılmasında, Azərbaycanın islam dünyasının aparıcı dövlətlərindən birinə, islam dünyasında böyük söz sahibinə çevrilməsində, həm respublikamızda, həm də Qafqazda sülh və qardaşlığın bərqərar olmasında və qorunub saxlanılmasında misilsiz və danılmaz rolu var. İslam dininə daim sadiqlik nümayiş etdirən Şeyx həzrətləri bütün bu illər ərzində istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşımış, milli-mənəvi dəyərlərin qorunub saxlanılması işində həmişə ön sıralarda olmuşdur. Ömrünün yarıdan çoxunu Qafqaz müsəlmanlarına rəhbərlikdə keçirən Şeyx həzrətləri sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafında, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasında öz fəaliyyəti ilə seçilmişdir. Dövlət-din münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması işində fəal mövqe tutan Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Şeyxülislam kimi o, müasir Azərbaycan tarixində milli şüurun inkişafı və dövlətçiliyimizin qorunması yolunda böyük xidmətlər göstərmişdir.

Şeyxülislam Allahşükür Paşazadə müstəqilliyin ilk illərində pozucu qüvvələrin islam dininə məxsus müxtəlif təriqətlər, eləcə də digər dinlərin nümayəndələri ilə islam dini təmsilçiləri arasında ixtilaf yaratmaq cəhdlərinə qarşı da uğurla mübarizə aparıb. İslam dininin sevgi və ehtiram dini olduğunu, digər din və təriqətlərə münasibətdə də hörmətli davranmağı vacib buyurduğunu diqqətə çatdıran Şeyxülislam Allahşükür Paşazadə radikal çağırış və cəhdlərin qarşısını alıb, islamın vəhdət və sülh dini olması fikrini daim təbliğ edib.

Millətin taleyində önəmli rol oynayan şəxsiyyətlər daim millətin çətinliklərlə qarşılaşdıqları, faciə, xaos dönəmlərində ortaya çıxıblar. A.Paşazadə 1990-cı ilin 20 yanvarında baş verən hadisələr zamanı azğın imperiyanın bütün təhdidlərinə baxmayaraq mövqeyini açıq şəkildə ortaya qoymaqla adını Azərbaycan tarixinə təkcə müdrik din xadimi, dini lider kimi deyil, həm də əsl vətənpərvər, əsl şəxsiyyət kimi yazdırmışdır. Xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış həmin faciə günlərində Moskvada Ulu Öndər Heydər Əliyev, Azərbaycanda isə bir qrup vətənpərvər ziyalılarla yanaşı, Şeyxülislam A.Paşazadə özlərinin barışmaz mövqeyi, fədakar səyləri nəticəsində həqiqətlərin dünya dövlətlərinə çatdırılmasına çalışıblar.

Həmin günlərdə Şeyx həzrətləri dünya ictimaiyyətinin gözü qarşısında özünü əsl dini rəhbər kimi təsdiq etmişdir. Faciədən bir gün sonra Allahşükür Paşazadə həbs olunmaq təhlükəsinə məhəl qoymadan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçova ünvanladığı bəyanatda sərt və ittihamedici fikirlər səsləndirmişdir. O, həqiqəti söyləməkdə bir an belə tərəddüd etməmiş, onun xarici radiostansiyalara, qəzetlərə verdiyi açıqlamalar qanlı hadisələrin birbaşa təşkilatçılarının ifşa olunmasında, onların Azərbaycan xalqına qarşı yürütdükləri mənfur siyasətin əsl məqsədinin açılmasında mühüm rol oynamışdır.

20 Yanvar hadisələrinin qurbanlarının Şəhidlər xiyabanında torpağa tapşırılmasının ümummilli matəm səviyyəsində keçirilməsində də Şeyxülislam A.Paşazadənin müstəsna xidmətləri olub. Bəzi qüvvələr xalqın öz şəhid övladlarının əziz xatirəsini gələcəkdə də əbədiləşdirməsi baxımından Bakının ən yüksək ərazisində dəfnin təşkil edilməsinə mane olmağa çalışmışlar. Ancaq A.Paşazadə SSRİ müdafiə naziri D.Yazov və Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko ilə görüşərək şəhidlərin cənazələrinin "Azadlıq” meydanından başlayaraq indiki Şəhidlər xiyabanınadək çiyinlərdə aparılacağını, onların məhz bu yerdə dəfn olunacağını qəti şəkildə bildirmişdir. Həmin faciəvi günlər ərəfəsində Azərbaycandakı siyasi qeyri-sabitlikdən və xaosdan faydalanan kommunist imperiyası qanlı hadisələrdən sonra Bakıda millətlərarası münaqişə yaratmağa çalışmışdır ki, bunun da qarşısının alınmasında A.Paşazadənin xidmətləri az olmamışdır. Məhz onun təşəbbüsü ilə Rus Pravoslav Kilsəsinin Azərbaycandakı yepiskopu şəhidlərin dəfn mərasimində iştirak etmiş və bununla da faciənin bütün xalqlar tərəfindən pislənildiyi açıq nümayiş etdirilmişdir.

Ulu Öndər Heydər Əliyev də Şeyxülislam Allahşükür Paşazadənin 1990-cı il Qanlı Yanvar hadisələrində, çətin və ağır günlərdə xalqın ən böyük dəstəkçilərindən olmasını, Allahşükür Paşazadənin sovet dövlətinin başçısı Mixail Qorbaçova ittihamnamə ünvanlamasını, həmçinin BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına müraciətlər göndərərək imperiya siyasətini, bu qanlı cinayəti lənətləməsini hər zaman yüksək qiymətləndirib. Biz Şeyxülislam şəxsiyyətinin böyüklüyünün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirməsində, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etməsində bir daha şahidi oluruq. Bir din xadimi, Vətəninin, xalqının təəssübünü, qayğısını çəkən insan kimi atdığı bu addımları ona böyük hörmət və nüfuz qazandırıb.

Vətənpərvər şəxs və milli dövlətçiliyin müdafiəçisi kimi Şeyx Həzrətləri müasir Azərbaycan tarixində milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolunda müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində mühüm yer tutub. Ümummilli Lider 1998-ci ilin 12 iyul tarixində Bibiheybət məscid-ziyarətgah kompleksinin açılışı mərasimindəki nitqi zamanı bu fikirləri səsləndirib: "Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, respublikamızda islam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azər-baycanda xalqın, millətin birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm...”

Milli-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini dərk edən Ulu Öndər mədəni-mənəvi həyatın inkişafına həmişə xüsusi diqqət yetirmişdir. O, milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanma, məzhəb ayrı-seçkiliyi təhlükəsindən xilas edə bilmişdir. Vicdan azadlığı məsələsinə xüsusi əhəmiyyət verən Ulu Öndər ölkəmizdə bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün hər cür şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlamışdır. Biliyini, təcrübə və qüvvəsini Azərbaycan xalqının rifahına həsr edən Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti sayəsində respublikamız regionda lider dövlətə çevrilmiş, bütün dünyada milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkan kimi tanınmışdır. Bu gün bu siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Müasir, güclü dövlətin əsasında milli, dini adət-ənənələrə sadiqliyin önəmini vurğulayan ölkə rəhbərinin gördüyü işlər nəticəsində Azərbaycanın tolerantlıq və multikultural ənənələri inkişaf etdirilərək dünyaya çatdırılmış, dindarlar dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş, dini-mədəni abidələrin bərpası təmin edilmiş, yeni ibadət məkanları tikilmişdir. Prezident İlham Əliyevin müqəddəs günlərdə, bayramlarda müxtəlif konfessiyalara təbrik müraciətləri ünvanlaması, hər il Ramazan ayı münasibətilə Şeyx həzrətlərinin açdığı iftar süfrəsində iştirak etməsi ənənəvi hal almışdır. Bu, dövlət başçısının Qafqaz Müsəlmanları İdarəsinin sədrinə bəslədiyi xoş münasibətdən, fəaliyyətinə verdiyi böyük önəmdən irəli gəlir. Prezident İlham Əliyev iftar mərasimindəki çıxışlarından birində Şeyx həzrətlərinə daşıdığı vəzifəyə hörmət və ehtiramını bu şəkildə ifadə etmişdir: "Şeyx həzrətləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox böyük nüfuza malik olan şəxsiyyətdir. Mən bunu yaxından bilən adam kimi tam qətiyyətlə deyə bilərəm. Müxtəlif dövlət başçıları ilə aparılan söhbətlərimdə hər zaman Şeyx həzrətləri haqqında qarşı tərəfdən səslənən müsbət fikirlər məni çox sevindiribdir. Bu, Şeyx həzrətlərinin insani xüsusiyyətləridir, onun qabiliyyətidir, onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə nə qədər sadiq olduğunun bariz nümunəsidir. Eyni zamanda bu, ölkəmiz üçün də böyük töhfədir. Çünki sirr deyil ki, dinlərarası münasibətlərdə Şeyx həzrətlərinin böyük rolu vardır. O, böyük hörmətə malikdir və istər müsəlman ölkələrinə, istər başqa ölkələrə səfər edərkən bir çox hallarda Şeyx həzrətləri haqqında söhbət açılır və mən ona, sözün əsl mənasında, böyük rəğbəti görürəm”.

Allahşükür Paşazadənin ictimai, dini fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Şeyx həzrətləri regionda hərbi münaqişələr ocağına çevrilmiş məntəqələrdə sabitliyin əldə olunması işində sülhməramlı missiya həyata keçirir. Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir.

Həmçinin A.Paşazadə islam həmrəyliyi prinsipindən yola çıxaraq İraqda baş verən hadisələrə, Fələstin xalqının üzləşdiyi əzab-əziyyətə qarşı etirazını dilə gətirib, İraq, Fələstin, Livan ərazilərindəki hərbi münaqişələri, terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətləri qəti şəkildə qınamışdır. O, sivilizasiyanın beşiyi hesab olunan bu torpaqlarda müqəddəs və qədim tarixi abidələrin, dini ziyarətgahların qorunması üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar qarşısında təşəbbüslər irəli sürmüşdür. Həmişə sülh, dialoq və tolerantlıq tərəfdarı olan Şeyx həzrətləri iştirak etdiyi beynəlxalq konfranslarda dinlər arasında tolerantlığın inkişafı üçün dialoqun önəmini vurğulamış, münaqişələrin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmişdir. Bu da ona beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazandırmışdır.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESKO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksəksəviyyəli Məşvərət qrupunda A.Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESKO-nun yanında yaradılan din xadimlərinin yüksəksəviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir. Xristian aləmində də böyük nüfuz və ehtiram sahibi olan Şeyx həzrətləri, eyni zamanda 2006-cı ildən Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür.

Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1998-ci ildə onun təşəbbüsü ilə Bakıda "Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmçinin 2003-cü ildə "Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə "Qloballaşma və islam”, 2005-ci ildə "Qloballaşan dünyada islam”, 2006-cı ildə "Tolerantlığın örnəyi - Azərbaycan”, "İslamda dözümlülük”, 2013-cü ildə "MDB ölkələri sülh və stabil inkişaf tərəfdarıdır”, 2014-cü ildə "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)”, 2015-ci ildə "İslam maarifçiliyi və müasir dövr” mövzularında keçirilən beynəlxalq konfranslara rəhbərlik etmişdir.

Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə "Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir. Eyni zamanda 2017-ci il "İslam Həmrəyliyi ili” çərçivəsində Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”, "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”, "İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında”, "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında”, "İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” və "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzularında Finlandiyada, İran İslam Respublikasında, Türkiyədə, Özbəkistanda, İspaniyada və Rusiyada beynəlxalq konfranslar keçirilmişdir. Bu konfransların təşkilində əsas məqsəd dünyada sülhün və ümumi rifahın bərqərar edilməsi üçün ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə bir daha diqqətin ayrılması olmuşdur.

Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti və əsərləri də olduqca müxtəlif və hərtərəflidir. O, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 1999-cu ildə isə ilahiyyat sahəsində professor adı almışdır.

Şeyxülislam Allahşükür Paşazadə islam tarixi, islam mədəniyyət tarixi sahəsində Azərbaycanın ilk milli tarixçi-islamşünasıdır. O, tarix və ilahiyyat elmləri üzrə "Qafqazda islam”, "İslamda ümmət və şüubilik”, "Quranın təfsiri və tərcüməsi tarixi”, "Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, "İslamda şəhidlik”, "Milli münasibətlər və din”, "Qurani-Kərimin ecazkarlığı”, "Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir. Onun elm və din sahəsindəki əzmkarlığı və təşəbbüskarlığı nəzərdən qaçmamış, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasına üzv seçilmişdir.

Şeyxülislam A.Paşazadənin Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin imzaladığı sərəncamla respublikamızın ən ali mükafatı "Heydər Əliyev” ordeni, həmçinin Azərbaycanın "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri, İslam Əməkdaşlıq Təşkilatının islam dünyasına xüsusi töhfələrinə görə mükafatı, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir” və I dərəcəli "Sergi Radonejski”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Çeçenistan Respublikasının "Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif edilməsi bir vətəndaş və azərbaycanlı kimi hər birimizi qürurlandırır.

Şeyxülislam Allahşükür Paşazadə milli-mənəvi dəyərlərin qorunması, dini-tarixi abidələrin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifi kimi tanınır. Məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dönəmində yüzlərlə dini abidələrimiz həyata qaytarılıb, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa edilib. Şeyxülislam həzrətləri Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olub. Artıq Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (ə) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır.

Bu gün Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında Qafqaz Müsəlmanları İdarəsi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında olduqca məhsuldar əməkdaşlıq münasibətləri formalaşmışdır. Bu isə öz növbəsində dövlət-din münasibətlərinin yüksək səviyyəyə çatmasına və dini-mənəvi həyatın daha təkmil olmasına şərait yaradır. Hər iki qurumun məqsədlərinə din sahəsində maarifçiliyi təmin etmək, islamın insanlara olduğu kimi çatdırılmasına nail olmaq daxildir.

İslam dəyərlərinin, mədəniyyətinin, islam həmrəyliyinin Azərbaycan nümunəsinin təbliği və təşviqi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şeyxülislam A.Paşazadə bütün səylərini ortaya qoyur. O, tərəqqipərvər düşüncələri, sülhməramlı missiyası ilə bütün din xadimlərinə, islam aləminə nümunə göstərir. Şeyx həzrətləri öz tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə sahib çıxan bir azərbaycanlı, xalqının taleyinə biganə qala bilməyən vətən övladı, dini dəyərləri yaşadan müsəlman kimi bütün dünyada sülh və sabitliyin, rifah və tərəqqinin bərqərar olmasına öz xoşməramlı töhfəsini verməyi özünə amal seçmişdir.

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM