13 Noyabr 2019 02:07
536
CƏMİYYƏT
A- A+

Göyçayda möhtəşəm Nar festivalı


Noyabrın 9-da Göyçayda möhtəşəm bayram təntənəsi yaşanıb. 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb olub. Şənliklərdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında rayon rəhbərləri və qonaqlar bayramsayağı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra festival iştirakçıları parkdakı Bayraq meydanına gəliblər. Burada onlar şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını maraqla izləyiblər. Gurultulu alqışlar altında eni 9, uzunluğu 18 metr olan üçrəngli bayrağımız 66 metr hündürlüyə ucaldılaraq dalğalandırılıb. Sonra qonaqlar Bayraq muzeyinə gəliblər. Onlara nümayiş etdirilən Azərbaycanın müasir, orta əsrlər və qədim dövrlərinə dair bayraqları, milli döyüş geyimləri və digər eksponatlar barədə məlumat verilib.

Heydər Əliyev prospektinin başlanğıcında Nar festivalının açılışı olub. Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim ediblər. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və digər iştirakçıları salamlayıb, Göyçayda bu gün bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.

Sonra qonaqlar rayonun ayrı-ayrı icra nümayəndəliklərinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunub.

Tədbirin keçirildiyi yerlərdə suvenirlərin, yeməklərin, şirniyyat məhsullarının, çay və alkoqolsuz içkilərin satışı təşkil edilib.

Milli folklor qruplarının çıxışları, ayrı-ayrı şirkətlərin məhsullarının sərgisi, müsabiqələr, modalar nümayişi və digər tədbirlər bayrama xüsusi təravət verib. Qonaqların iştirakı ilə Qızılağac kəndindən olan iki gəncin - Nahid və Gültən Qasımovların nikah mərasimi keçirilib.

Göyçayda nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığının bir nümunəsidir.

Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən "Gülövşə”, "Vələs”, "Şəndi”, "Şirin”, "Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

Günün ikinci yarısında şəhər stadionunda bayram konserti olub.

Festival noyabrın 10-dək davam edib. Həmin gün nar və nar məhsullarının satış-yarmarkaları da təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video