Alternative content

22:05 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:49 12.11.2019

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov noyabrın 12-də Fransanın məşhur ictimai televiziya kanalı "France 2”nin çəkiliş qrupuna müsahibə verib.

AZƏRTAC xəbər verir ki, həmin çəkiliş qrupu "İslam dünyada” televiziya layihəsi çərçivəsində müsəlman ölkələrin tarixi, dini və mədəni irsi haqqında silsilə verilişlər hazırlayır. Növbəti iki veriliş Azərbaycana həsr olunacaq.

Etibar Nəcəfov müsahibəsində rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqamətləri haqqında danışıb, Azərbaycan dövlətinin ölkədə etno-mədəni və dini durumun tənzimlənməsi istiqamətində həyata keçirdiyi siyasət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı etimad şəraitində yaşadığı Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Şöbə müdiri vurğulayıb ki, multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına səbəb olur. O bildirib ki, beynəlxalq müstəvidə multikulturalizm siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması sahəsində böyük uğurlara imza atıb. Belə uğurlardan biri artıq siyasi leksikona daxil olmuş "Bakı Prosesi”dir. Bu təşəbbüs ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş beynəlxalq konfransda irəli sürülüb.

Şöbə müdiri bu ayın 14-15-də "Bakı Prosesi” çərçivəsində keçiriləcək Dünya dini liderlərinin II Bakı sammitinə diqqət çəkib, həmin tədbirin əhəmiyyəti haqqında məlumat verib.

Sonda çəkiliş qrupuna ölkəmizin zəngin tolerant və multikultural ənənəsini əks etdirən kitablar hədiyyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM