Alternative content

06:28 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
ANA SƏHİFƏ / Təhsil
16:55 12.11.2019

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihədə bu il 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib.

Tədbirdə məlumat verilib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış isə 12 noyabr - Konstitusiya Gününün qeyd olunduğu tarixdə keçirilir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu günü ümumxalq səsverməsi ilə qəbul edilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Konstitusiya Günü ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Diqqətə çatdırılıb ki, "Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olublar.

Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.

Bu il Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandasi ilk dəfə, Naxçıvan Dövlət Universitetinin komandası isə dördillik fasilədən sonra yenidən bilik yarışına qatılıb.

Bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Bilik yarışında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası üçüncü yerlərə layiq görülüblər.

Qalib komandalar mükafatlandırılıb. Onlara diplom və medallar, qalib komandanın kapitanına kubok təqdim edilib.

Yarışın qalibi olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə bu cür genişmiqyaslı bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Ulu Öndərin irsinin, tariximizin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. "Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin komandaları yüksək bilik nümayiş etdiriblər. Buna baxmayaraq, biz qələbə qazandıq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM