Alternative content

07:17 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid elektrik stansiyasından
Külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid elektrik stansiyasından
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:43 12.11.2019

Külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid tipli elektrik stansiyası Qobustandadır.

38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu mərkəz Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə açılıb. Buradakı stansiyada külək, Günəş və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir.

AZƏRTAC xəbər verir ki, stansiya hazırda 4,4 meqavat güclə fəaliyyət göstərir. Hibrid stansiyada 2,7 meqavat külək, 1,0 meqavat Günəş və 0,7 meqavat bioqaz komponentləri hesabına elektrik enerjisi istehsal olunur.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji” MMC-nin sədr müavini Hüseyn Məmmədovun sözlərinə görə, stansiya istismara verildiyi tarixdən – 2011-ci ilin sentyabrından bu günə kimi burada 25,7 miliyon kilovatt saat elektrik enerjisi istehsal edilib. Elektrik enerjisinin 72 faizi külək stansiyasının payına düşüb.

İstehsal olunan elektirik enerjisi hesabına 6,4 milyon kubmetr təbii qaza qənaət edilib və buna görə atmosferə atılan karbon qazının miqdarının 11,4 min ton azaldılmasına nail olunub. Qeyd olunan bu göstəricilər bərpaolunan enerjidən istifadənin səmərəliliyini bir daha təsdiqləyir. Təsadüfi deyil ki, hazırda Dünya üzrə 10–dan artıq ölkədə enerji sərfində bərpaolunan enerjidən istifadə 50 faizi keçib.

Qobustandakı hibid elektirik stansiyasında "Azalternativenerji” MMC-nin balansında olan bütün stansiyalardan daxil olan enerji istehsalı ilə bağlı məlumatların idarə edilməsi məqsədilə İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Elektrik stansiyasında, həmçinin şagirdlərə, tələbələrə və mütəxəssislərə praktiki təcrübələrin keçirilməsi üçün Təlim, Tədris Mərkəzi yaradılıb. Təlim mərkəzində yerli mütəxəsislərlə yanaşı ABŞ, Rusiya, Cənubi Koreya, Almaniya, Yaponiya, Hollandiya və digər xarici ölkələrdən olan mütəxəssislər tərəfindən təlimlər keçirilib. Təlim zamanı iştirakçılar Günəş, külək və bioqaz qurğularının yeni avadanlıqları ilə yerində tanış ola bilirlər.

Qeyd edək ki, stansiya ərazində müxtəlif avadanlıq və qurğulardan təşkil olunmuş laboratoriya və sərgi də fəaliyyət göstərir.

Stansiya ərazisində quraşdırılan Günəş panellərinin 95 faizi Sumqayıt şəhərində fəaliyyət göstərən "Azgüntex” Günəş modulları istehsalı zavodunun məhsullarıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM