12 Noyabr 2019 13:31
592
CƏMİYYƏT
A- A+

General Qasım Rezayi: İran ilə Azərbaycan sərhədçiləri arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir



İran ilə Azərbaycan sərhədçiləri arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunlarının komandanı, general Qasım Rezayi deyib.

İranın Pakistan və Əfqanıstan ilə sərhədlərindəki vəziyyətlə tanış olmaq üçün Sistan-Bəlucistan vilayətinə səfər edən Q.Rezayi Zahedan şəhərində jurnalistlərin suallarını cavablandırıb. Suallardan birinin cavabında general Azərbaycan ilə İran sərhədçilərinin əməkdaşlığını nümunə göstərib. Qeyd edib ki, uğurlu əməkdaşlıq sayəsində hər iki ölkənin sərhədi daha yaxşı mühafizə edilir və təhlükəsizlik təmin olunur. Onun sözlərinə görə, qarşıya çıxan hər hansı problem uğurlu qarşılıqlı əməkdaşlıq sayəsində tez bir zamanda həllini tapır.

Xatırladaq ki, Əfqanıstandan İrana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr daxil olur. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik vasitələri Avropa ölkələrinə daşıyırlar. İran bu mənfi halla fəal mübarizə aparır. Əfqanıstan-İran sərhədində sərhədçilər tərəfindən hər il 10 tona yaxın narkotik maddə tutulur. Burada İran sərhədçiləri ilə qaçaqmalçılar arasında tez-tez silahlı insidentlər yaşanır. İndiyədək baş vermiş insidentlər nəticəsində İranın 20-dən çox sərhədçisi şəhid olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video