12 Noyabr 2019 11:37
365
SİYASƏT
A- A+

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib


BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi yubiley medalı ilə təltif olunub. O, bu mükafata Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) arasında əməkdaşlığın, xüsusən mədəniyyətlərarası və konfessiyalararası əlaqələr sahəsində əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev alyansın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mərasimdə medalı Migel Anhel Moratinosa təqdim edib.

BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Mədəniyyət Nazirliyi 2011-ci ildən tərəflərin birgə təşəbbüsü olan və 2010-cu ildə sivilizasiyalar arasında dialoqa kömək məqsədi ilə başlanmış "Bakı Prosesi”nin tərkib hissəsi olan Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda əməkdaşlıq edirlər.

Xatırladaq ki, BMT Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda 7-ci Qlobal Forumu 2016-cı ilin aprelində Bakıda keçirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video