Alternative content

09:18 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fuad Nağıyev: Azərbaycana daha çox turistin cəlb olunması üçün Çin tərəfi ilə fəal iş aparılır
Fuad Nağıyev: Azərbaycana daha çox turistin cəlb olunması üçün Çin tərəfi ilə fəal iş aparılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:55 11.11.2019

Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Şanxayda keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı zamanı bildirilib.

Sərginin paralel forumlarından olan 2-ci Çin sərgi sənayesi ticarəti beynəlxalq forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, son illər ölkəmizdə turizm sənayesində böyük inkişaf müşahidə olunur. Hökumətin bu sahənin inkişafı ilə bağlı strateji planına uyğun olaraq görülmüş işlər nəticəsində Azərbaycanda turizmin müxtəlif növləri üzrə ən müasir standartlara uyğun infrastruktur yaradılır. Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, zəngin və dadlı mətbəxi ilə Azərbaycan turizm sektoru sürətlə böyüyən ölkəyə çevrilir. Bundan başqa, Azərbaycan, xüsusən də paytaxt Bakı beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Ötən bir neçə ildə Bakıda beynəlxalq səviyyəli 50 tədbir keçirilib. Bir neçə gün əvvəl isə paytaxtımız 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bütün bu amillər əcnəbi turistlərin marağına səbəb olur.

F.Nağıyev qeyd edib ki, Azərbaycan Çin ilə digər sahələrdə olduğu kimi turizm üzrə də əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Cari ilin martında isə Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə "ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində Azərbaycanın turizm imkanlarının təqdimatları keçirilib, ölkənin tanınmış onlayn səyahət platformaları - 300 milyondan çox istifadəçiyə xidmət göstərən "Trip.com” və 100 milyondan çox istifadəçisi olan "Qyer.com” ilə əməkdaşlıq aparılır. Bunların nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur. Cari ilin 10 ayı ərzində Azərbaycan səfər edən çinli turistlərin sayında 64 faiz artım müşahidə olunub.

Forumda Azərbaycanın turizm brendi "Azerbaijan: Take Another Look” ("Azərbaycan: Bir daha bax”) filmi nümayiş olunub.

Qeyd edək ki, 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın ölkə pavilyonunda respublikamızın turizm potensialına dair videoçarxlar, nəşrlər, elektron materiallar nümayiş olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM