Alternative content

14:19 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Körpə üçün ən yaxşı qida ana südüdür
Körpə üçün ən yaxşı qida ana südüdür
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:49 10.11.2019

Körpə, ilk növbədə, yalnız və yalnız ana südü ilə qidalanmalıdır. Lakin bəzən analar körpənin rasionunu əlavə qidalarla zənginləşdirmək istəyirlər.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Uşaqlar ilk ayda yalnız ana südü, 2 yaşına qədər isə qismən ana südü ilə qidalanmalıdır. Təəssüf ki, bəzi analar müxtəlif səbəblərlə əlaqədar olaraq körpələrə süni qidalar da verməyə çalışırlar”.

Onun dediyinə görə, süni uşaq qidalarından çox istifadə edilməsi körpələrdə vitamin çatışmazlığına səbəb olur: "Uşaqları inək və keçi südü kimi yanlış qidalarla qidalandırmaq bir tərəfdən onların tələbatını ödəmir, digər tərəfdən tərkibində qida inqridiyentləri kifayət qədər olmur. Ona görə həm uşaq, həm də bəzən yetkin yaşlarda bəzi xəstəliklərin meydana çıxmasına səbəb olur”.

Süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartlara, sanitar-gigiyena qaydalarının norma və tələblərinə cavab verməlidir. İstehlakçılar həmin məhsulların yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşdırmanı yoxlamalı, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar.

"Ana südünə oxşar” və ya "ana südünün əvəzedicisi” ifadələrinin yazılması yolverilməzdir, çünki ana südü tərkibinə görə unikaldır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM