Alternative content

15:24 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumxalq sevgisinin möhtəşəm ifadəsi
Ümumxalq sevgisinin möhtəşəm ifadəsi
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:35 09.11.2019


Ağdamda keçirilən "Bayraq yürüşü”ndə minlərlə rayon sakini iştirak etmişdir


Dövlət Bayrağı Günü münasibətilə cəbhə bölgəsində yerləşən Ağdam rayonunda möhtəşəm tədbir keçirilmişdir. Respublika Təhsil, Müdafiə nazirliklərinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə dörd min nəfərdən çox insan iştirak etmişdir.

"Bayraq yürüşü”nün keçirilməsində əsas məqsəd mühüm dövlət atributu olan üçrəngli milli bayrağımıza ümumxalq sevgisinin ifadəsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, cəbhə bölgəsinin sakinlərində, eyni zamanda ərazidə yerləşən hərbi hissələrin əsgər və zabitlərində qələbəyə inamın artırılması, döyüş ruhunun yüksəldilməsidir.

Tədbir iştirakçıları Quzanlı qəsəbəsində Heydər Əliyev prospekti ilə tarixi Soltanbud təpəsinin yaxınlığında yerləşən Dövlət Bayraq meydanına qədər yürüş etmişlər. Yürüş iştirakçıları meydanın ərazisində yerləşən şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qızılgüllər qoymuş, qəhrəman oğulların xatirəsini ehtiramla yad etmişlər.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, "N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli tədbir iştirakçıları qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan söz açmış, regionda ən böyük gücə çevrilən ordumuzun yüksələn qüdrətinə diqqət çəkmişlər. Onlar ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar strategiyasının Azərbaycanı daha da gücləndirdiyini, üçrəngli bayrağımızın tezliklə Ağdamda, Şuşada, Xankəndidə və işğaldan azad olunacaq digər ərazilərdə dalğalanacağını əminliklə bildirmişlər.

Tədbirdə əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirmiş, musiqiçilər tərəfindən vətənpərvərlik ruhunu tərənnüm edən mahnılar ifa olunmuşdur. Sonra qonaqlar hərbi hissədə əsgərlərlə birgə nahar etmişlər.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM