Alternative content

15:22 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 30 min tondan çox Ağcabədi pambığı hazırdır
30 min tondan çox Ağcabədi pambığı hazırdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:33 09.11.2019


Bu, son deyil, məhsul yığımı davam edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, onların əvvəlki şöhrətini qaytarmaq barədə tapşırıq və tövsiyələri özünün konkret fəaliyyət proqramına çevirən Ağcabədi kəndlisi son illərin uğur estafetini əzmlə davam etdirir, ölkə pambıqçılarının əmək bəhsində qazandığı qabaqcıllıq mövqeyini inamla qoruyub saxlayır.

Dövlət başçısının kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müəyyən etdiyi yeni aqrar strategiyaya uyğun olaraq rayonda mütərəqqi texnologiyalar, innovativ üsullar əsasında hazırlanıb həyata keçirilən kompleks təşkilat-təsərrüfat tədbirləri fərəh doğuran bəhrəni verməkdədir. Təbii ki, dövlətin aqrar sektora verdiyi güclü dəstək qazanılan əmək nailiyyətlərinin əsas şərtidir.

Aylardan bəri çəkilən zəhmətin, axıdılan alın tərinin, elmi əsaslarla reallaşdırılan təsərrüfat tədbirlərinin səmərəli nəticəsi bu günlər rayonda məhsul bolluğundan qaynaqlanan bayram əhvali- ruhiyyəsi yaratmışdır. Hünərvər tarla bahadırları parlaq əmək qələbəsinin sevincini yaşayırlar. İndiyədək rayonda 30 min tondan çox "ağ qızıl” tədarük olunmuşdur. Bu, müstəqillik dövründə Ağcabədi pambıqçılarının qazandıqları rekord nəticədir. Fərəhlidir ki, hələ tarlalarda xeyli məhsul var. Məqsəd böyük zəhmət bahasına yetişdirilmiş məhsulu son qramınadək yığıb tədarük etməkdir.

Keçən il rayonun təsərrüfatlarında 23.304 ton pambıq tədarük olunmuşdur. Bu il pambıq əkinlərinin sahəsi daha 452 hektar genişləndirilərək 10.452 hektara çatdırılmışdır. Keçən ilin nəticəsinə görə, pambıq tarlalarında hər hektarın orta məhsuldarlığı 23.3 sentner olmuşdusa, indi 28.1 sentnerdir. Mövsümün sonunadək, heç şübhəsiz, 30 sentner səviyyəsi əlçatmaz olmayacaqdır. Qazanılan nailiyyət kollektiv əməyin nəticəsi olsa da, onun reallaşmasında ayrı-ayrı qabaqcılların töhfəsi daha böyükdür. Tofiq İsmayılovun, İsgəndər Hüseynovun, İbrahim Ağamirovun, Raqub Qasımovun, Etibar Şirinovun və Pərviz Namazovun rəhbərlik etdikləri fermer təsərrüfatları indiyədək hər hektardan 45-60 sentner arası "ağ qızıl” tədarük etmişlər. Fərəhlə qeyd edək ki, rayonun qabaqcıl pambıqçıları kimi şöhrət qazanmış Tofiq İsmayılov və İsgəndər Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunmuşlar.

Ağcabədidə pambıqçılığın ağırlığı əsasən MKT İK, "Azər Pambıq” və "P-Aqro” məhdud məsuliyyətli cəmiyyətlərin rayon filiallarının üzərinə düşür. MKT İK MMC-nin Ağcabədi filialı bu il 5.152 hektar sahədə pambıq əkmişdir. Aqrotexniki tələblərə ciddi əməl edilməsinin nəticəsidir ki, tarlalarda bol məhsul yetişdirilmişdir. Zavodun direktoru Şahin Məhərrəmov söhbət zamanı deyir:

- Pambıq ölkəyə valyuta gətirən strateji məhsul olmaqla yanaşı, onun bolluğu kənd əhalisinin firavan həyatını, xoş güzəranını şərtləndirir. İndiyədək 16 min tona yaxın pambıq tədarük etmişik. Hər hektarın orta məhsuldarlığı isə 31 sentnerdən çoxdur. Nailiyyət heç kəsi arxayınlaşdırmır. Məhsul yığımı davam edir.

Ağcabədi pambıqçılarının qazandığı parlaq əmək qələbəsinə sevinməyə, qürur duymağa rayon suvarma sistemləri idarəsinin kollektivinin haqqı da var. Pambıq suya tələbkar bitkidir. Yayın qızmar günlərində tarlaları bol suvarma suyu ilə təmin etmək üçün melioratorlar bütün vegetasiya dövrü ərzində gücləndirilmiş iş rejimi şəraitində çalışmışlar. Nəticədə pambıq kolları sudan korluq çəkməmiş, aqrotexniki tələblərə uyğun qaydada suvarılan tarlalarda bol məhsul yetişdirilməsi təmin edilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov pambıqçıların əmək qələbəsindən həvəslə söhbət açır:

- Prezident İlham Əliyev qeyri-neft sektorunu inkişaf etdirmək, ölkə iqtisadiyyatını şaxələndirmək üçün kənd təsərrüfatının yüksəlişinə nail olmağı, aqrar sektordakı böyük potensialdan səmərəli istifadə etməyi mühüm vəzifə kimi qarşıya qoymaqla bizə düzgün yol göstərir, aydın istiqamət verir. Dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin məsuliyyətini yüksək qiymətləndirərək kənd təsərrüfatında ənənəvi sahələrin inkişafına nail olmaq üçün bütün qüvvələri, mövcud əmək ehtiyatlarını səfərbər etmişik. Bu il pambıqçılıqda 30 min ton səviyyəsi bizim üçün hədəf idi. Artıq bu hədəfə çatmışıq. Amma heç kəs arxayınlaşmır. Hər pambıq kolu üçün müəyyən zəhmət çəkildiyini nəzərə alıb məhsulu son qozasınadək yığmaq əzmindəyik. Bununla onu demək istəyirəm ki, Prezident İlham Əliyevin yeni dövr üçün müəyyən etdiyi aqrar strategiya özünü uğurla doğruldur. Rayonumuzun müasir iqtisadi durumunu nəzərə alıb deyə bilərəm ki, bol pambıq istehsalı milyonlarla manat qazanc gətirir. Pambıqçılığın aparıcı sahəyə çevrilməsi kəndlərdə işsizliyi, demək olar ki, aradan qaldırmışdır. Pambıqçılıqdan əldə edilən gəlir kənd əhalisinin yaxşı dolanışığını, xoş güzəranını təmin edir. Dövlətin əsas məqsədi də budur ki, onun vətəndaşı faydalı işlə məşğul olub, yaşayış səviyyəsini yüksəltsin.

Barlı-bəhrəli payız öz bərəkət boğçasını bu yerlərdə səxavətlə açıb. Ağcabədinin qəhrəman kənd əməkçiləri tarlaların bol məhsulunu min bir həvəslə yığıb çoxsaylı "ağ qızıl” tayaları ucaltmışlar. Sanki başı qarlı dağlar çiyin-çiyinə verib cərgələnmişdir. Halal zəhmətin, mənalı əməyin, fəal vətəndaş mövqeyinin yaratdığı qürurverici "ağ qızıl” dağları isə kəndlinin firavan yaşayışına təminat verir.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM