Alternative content

15:23 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kölgənin düşdüyü hər yer vətəndir...
Kölgənin düşdüyü hər yer vətəndir...
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:26 09.11.2019


Sevgili bayrağım!

Ənginliyi andıran mavini, atəş dilimi tək alışıb yanan rəngini, ümidin simvolu zümrüdünü göylərin bağrında dalğalanan görəndə fərəhlənirəm...

Qürurlanıram ay-ulduzun günəşin altında bərq vuranda...

Səmada qartaltək süzəndə, fırtınalı dərya kimi çalxalananda, dəli rüzgar olub coşanda tamaşana durmaq gərəkdir...

Minillərin o tayından adlayıb gələn bayrağım, nə sınaqlara tuş gəldin, cəng meydanlarında döyüşdün, nizələrə taxıldın, amma heç zaman əyilmədin...

Daim uca, Tanrıya yaxın oldun...

Vətənimin simvolusan. Milyonların arzusundan doğulmusan, azadlıq zərrələrindən yoğrulmusan, müqqədəs and yerimizsən...

Məğrursan, qürurlusan, yolun haqq yoludur...

Kölgənin düşdüyü hər yer vətəndir!

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq - öz yurduma öz hakimliyim.


Bayrağımın izi ilə...


Ulu babalarımız həmişə bayrağa sancaq deyiblər, yəni "sanc” mənasında. Qəhrəmanlarımızın döyüşlərdə öz bayraqlarını sancdıqları yer onlar üçün müqəddəs məkana, ana yurda çevrilib.

Azərbaycan bayrağının tarixi çox qədimlərə gedib çıxır və hələ dünyanın bir çox ölkələrində dövlət, millət anlayışının formalaşmadığı bir vaxtda onun qədim dövləti də olub, bayrağı da...

Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində güclü dövlətlər mövcud olub. Bunların sırasında Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətləri tariximizdə silinməz izlər qoyub. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları da var idi. Bəzilərinin üzərində qurd başı, ağ, qara qoç, şir, günəş təsvir edilib, bəzilərində yaşıl rəng üstünlük təşkil edib. O cümlədən, Qarabağ, Şəki, Bakı, İrəvan xanlıqlarının da özlərinə məxsus bayraqları olub ki, onlardan bəzilərinin nümunələri bu gün də hifz olunur.


9 noyabr 1918-ci il


1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir.

Yeni bayraq ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada, kütləvi şəkildə isə noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırılıb.

Üçrəngli bayrağımızın milli varlıq fəlsəfəsi də özünəməxsusdur.

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islam ideologiyasını ifadə edir.

Bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının müəllifi türk dünyasının böyük mütəfəkkiri olan həmvətənimiz Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi "Füyuzat” (xeyir, fayda mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

Maraqlıdır ki, üçrəngli bayrağımızın rənglərinin hansı mənanı və ideyanı ifadə etməsi ilə bağlı dəqiq məlumatlar olsa da, onun üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif versiyalar səsləndirilir.

Məsələn, bəzi fikirlərə əsasən, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib, həmin dində olan başqa xalqlara da keçib və bayraqların üzərindəki aypara türk xalqlarının simvoluna çevrilib. Bununla yanaşı, ay və ulduzun bir yerdə olmasının qədim türklər tərəfindən xoşbəxtlik simvolu kimi dəyərləndirildiyi, qəməri təqvimə işarə olduğu da deyilir.

Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan” sözü səkkiz hərflə yazılır. Səkkizguşəli ulduzun əbədiyyət, sonsuzluq, möhtəşəmlik, davamlılıq və davamiyyət rəmzi olduğu fikirləri də söylənilir...


1920-ci ildə endirilən bayrağımız 70 ildən sonra Heydər Əliyev tərəfindən dalğalandırılır


1920-ci il mayın 3-də bayrağımız Azərbaycan parlamentinin binası üzərindən endirilir, amma onu qəlblərdən silmək mümkün olmur...

SSRİ imperiyasına qarşı meydanlarda qaldırılan bayrağa ilk hüquqi status isə 1990-cı ildə verildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

2010-cu il sentyabrın 1-də Prezidentin iştirakı ilə Dövlət Bayrağı meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

İndi dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli varlığı təcəssüm etdirir.

İşğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq, Cocuq Mərcanlının üzərində zəfər nəğməsi oxuyur...


Məbədlər başına tac olan hilal


Daim ucalarda, Qarabağımızın ən hündür zirvələrində dalğalan, bayrağım!..

Dalğalan Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Qubadlıda!..

Dalğalan ki, böyük yaradılışının şahidi olanların, uğrunda canlarından keçənlərinin ruhu şad olsun!..

Hər qıvrılıb açılanda, hər qabarıb çəkiləndə yağının bağrına ox kimi sancıl!..

Dalğalan ki, düşmən əzəmətin qarşısında əzilsin, diz çöksün önündə!..

Aləmə nur saçdı tarix boyunca

Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.


Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM