09 Noyabr 2019 01:26
659
CƏMİYYƏT
A- A+

Dövlət Tərcümə Mərkəzi Elmi Şurasının növbəti toplantısı keçirilib


AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzin sədri Afaq Məsud açaraq 2019-cu il ərzində ərsəyə gətirilmiş layihələrdən, görülmüş işlərdən danışıb, dövlət dilindən istifadə və tərcümə işinin təkmilləşdirilməsi istiqamətində mərkəz tərəfindən həyata keçirilən tədbirlərin nəticələrini, əldə olunan uğurları qeyd edib:

"Bildiyiniz kimi, 2015-ci ildən başlayaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi saytlarda yerləşdirilən mətn və materialların dil və tərcümə keyfiyyəti üzrə mütəmadi qaydada monitorinqlər aparılır. Yoxlamalar nəticəsində bu sahədə vəziyyətin son dərəcədə acınacaqlı olduğu, mətn və materialların xeyli sayda dil və tərcümə qüsurları ilə tərtib edildiyi, dövlət dilindən istifadədə kobud qrammatik, leksik, üslub və məna xətalarına yol verildiyi aşkarlanır, qüsurlara dair ekspert rəyləri hazırlanaraq 100-dən çox quruma göndərilsə də, vəziyyət acınacaqlı olaraq qalırdı. Mövcud durumun aradan qaldırılması - dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi mexanizmlərinin qurulmasını, dil və tərcümə sahəsinin müvafiq səviyyədə təşkilini təmin edəcək digər tədbirlərin həyata keçirilməsi zərurətini gündəmə gətirirdi ki, Mərkəz son bir neçə ildə bu istiqamətdə kifayət qədər müsbət nəticələrə nail ola bildi. Belə ki, ilk addım olaraq, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin ayarlanması, dillər və sahələr üzrə peşəkar tərcüməçilərin müəyyən edilməsi prosesinə start verildi. İl boyu davamlı şəkildə təşkil olunan "Seçim turları” adlı respublikamiqyaslı, mərhələli test imtahanlarından uğurla keçmiş, Mərkəzin sertifikatına sahib olmuş mütəxəssislərin məlumat bazası yaradıldı və prosesin davamı kimi dövlət qurumları adları bazaya daxil edilmiş tərcüməçilərlə bağlı məlumatlandırıldı.

Dövlət dilindən düzgün istifadəni şərtləndirən növbəti zəruri addım - mükəmməl orfoqrafiya vəsaitinin ərsəyə gətirilməsi idi ki, bu boşluq da çevik şəkildə aradan qaldırıldı. Belə ki, səhvlər və yanlışlıqlar dolu orfoqrafiya lüğəti Mərkəz tərəfindən ərsəyə gətirilmiş yeni, mükəmməl "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilə əvəz olundu, nəşrlər dövlət qurumları, eləcə də digər aidiyyəti təşkilatların istifadəsinə verildi. Sevindirici haldır ki, uzun illər, gərgin zehni əmək tələb edən bütün bu işlər, davamlı şəkildə həyata keçirilən tədbirlər bu ildən başlayaraq müsbət nəticələr verməyə başladı. Belə ki, son yoxlamalar bu sahədə vəziyyətin gözəçarpan dərəcədə dəyişdiyini, əvvəlki illərdə xeyli sayda dil və tərcümə qüsurlarının aşkarlandığı bir çox dövlət saytlarının artıq Azərbaycan ədəbi dil norma və qaydalarına uyğun şəkildə tərtib edildiyi, onların ingilis və rus versiyalarında rast gəlinən tərcümə qüsurlarının xeyli dərəcədə aradan qaldırıldığı müşahidə olundu. Beləliklə, uzun illər beynəlxalq internet məkanında ölkə haqqında xoşagəlməz təəssürat yaradan mənzərə tam olmasa da, aradan qaldırıldı. Eyni dönüş bu ildən etibarən KİV-də də müşahidə olundu. Əvvəlki illərdə xeyli sayda qrammatik, leksik, üslub və məna xətalarıyla tərtib olunan sayt və portalların dövlət dilindən istifadə mədəniyyətində irəliləyişlərə nail olunduğu özünü büruzə verməyə başladı. Bütün bunlar, əlbəttə ki, sevindiricidir və əldə olunan uğurların Mərkəz tərəfindən ərsəyə gətirilən, sözün əsl mənasında, böyük zehni əməyin bəhrəsi olduğunu xüsusi qeyd etməyi vacib bilirəm”.

Daha sonra Mərkəzin 2019-cu ildəki fəaliyyəti, həyata keçirilən yerli və beynəlxalq nəşr layihələri, "Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşri ilə bağlı hesabatlar dinlənilib, sözlüyün yeni nəşrinə daxil edilməsi vacib bilinən sözlər, eləcə də ali təhsil müəssisələrində ehtiyac duyulan tədris vəsaitlərinin, elmi ədəbiyyatların tərcüməsi və nəşri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda 2020-ci ilin tematik planı, Mərkəzin xarici ölkələrdə nümayəndəlikləri ilə iş, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub.

Toplantının sonunda ölkədə tərcüməçi əməyinin qiymətləndirilməsinə təkan verəcək "Tərcümə sənətinə verdiyi töhfələrə görə xüsusi Fəxri Diplom” adlı mükafat təsis edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video