Alternative content

15:22 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seulda OANA-nın XVII Baş Assambleyası işini davam etdirib
Seulda OANA-nın XVII Baş Assambleyası işini davam etdirib
ANA SƏHİFƏ / SİYASƏT
01:18 09.11.2019


Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 8-də Seulda işini davam etdirib.

Baş Assambleya AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilir. İclasda 28 ölkədən 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Assambleyanın ikinci günündə "Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfransın 2-ci və 3-cü sessiyaları keçirilib. Sessiyalarda xəbər buraxılışı və yayımında tətbiq edilən texnoloji yeniliklər, həmçinin mediaya etimad və feyk məlumatlarla mübarizə məsələləri müzakirə olunub.

Avstraliyanın "Associated Press” agentliyinin baş redaktoru Antoni Gilles və Aralıq Dənizi Xəbər Agentlikləri Alyansının baş katibi Georgios Penintaksın moderatorluğu ilə keçən sessiyalarda Dennis Veitziq, Duan Atkins, Troy MakQraf təqdimatlarla çıxış ediblər. Çıxışlarda xəbər agentlikləri tərəfindən buraxılan fotoların internetdə müəlliflik hüququnun qorunması, izlənməsi, xəbərlərin statistikasının aparılması kimi proqram təminatları barədə məlumat verilib. Eyni zamanda, feyk xəbərlərin informasiya mühitinə təsiri, yalan məlumatlarla mübarizə yolları, mediaya etimadın vacibliyi barədə fikirlər bildirilib.

Assambleya çərçivəsində OANA İcraiyyə Komitəsinin 45-ci iclası keçirilib. OANA-nın prezidenti Aslan Aslanovun sədrliyi ilə keçən iclasda Baş Assambleyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Növbəti Baş Assambleyanın yeri və vaxtı, yeni üzvlərin qəbulu, təşkilatın nizamnaməsinə dəyişikliklər, icraiyyə komitəsinin tərkibi ilə bağlı məsələlər müzakirə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM