09 Noyabr 2019 00:58
822
İQTİSADİYYAT
A- A+

9 ayda qeyri-neft-qaz məhsullarının ixracı 17 faiz artıb


"İxrac İcmalı”nın oktyabr sayı bu sahə üzrə dinamik artımın davam etdiyini təsdiqləyir


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın cari ilin oktyabr sayı təqdim olunub. İcmalda bildirilir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollarlıq ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 206 milyon dollarlıq və ya 17 faiz artıb.

Hesabat dövründə Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2 milyon və İtaliyaya 34,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının Rusiyaya ixracı 16, Türkiyəyə 10, İsveçrəyə 19, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

Bu aylar ərzində ixrac edilən qeyri-neft məhsullarının sırasında pomidor daha çox (142,3 milyon dollarlıq) olub. Siyahıda qızıl (sikkə kəsilməsində istifadə edilməyən, digər emal olunmamış formalarda - 120,8 milyon dollarlıq) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollarlıq) üçüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, 9 ayda meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmasa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon dollarlıq olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 85, plastmasa və onlardan hazırlanan məmulatların ixracı 59, pambıq lifinin ixracı 38, kimya sənayesi məhsullarının ixracı 35, pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 14, şəkər ixracı 12, elektrik enerjisinin ixracı 6 faiz artıb.

Sentyabra gəldikdə isə, həmin ay qeyri-neft sektoru üzrə ixracın dəyəri 136 milyon dollar olub. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 22 milyon dollar və ya 19 faiz çoxalıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon dollarlıq), Türkiyəyə (25,4 milyon dollarlıq), İsveçrəyə (13,9 milyon dollarlıq), Gürcüstana (12,5 milyon dollarlıq) və Çinə (5,4 milyon dollarlıq) ixrac edilib. Sentyabrda qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə edilməyən, digər emal olunmamış formalarda - 13,1 milyon dollarlıq) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon dollarlıq) ikinci, emal edilməmiş aşqarlanmamış alüminium (8,1 milyon dollarlıq) üçüncü olub.

"İxrac İcmalı”nda, həmçinin xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, cari ilin yanvar-sentyabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub. "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Sentyabrda isə "Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon dollar dəyərində xidmət göstərib. "Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ olub.

"İxrac İcmalı”nda 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Həmin məlumata görə, qeyd edilən dövrdə portala 436,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ixrac sifarişləri 6,4 faiz artıb. Sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon dollar təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2 faiz), Türkiyə (5,8 faiz), Hindistan (5,7 faiz), ABŞ (5,6 faiz) və İngiltərə (5,1 faiz) qərarlaşıb.

Sentyabr ayında portala ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallar üzrə daxil olub.

"İxrac İcmalı”nda, həmçinin göstərilib ki, oktyabr ayında "bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft məhsulları üzrə ixracın dəyəri 18,1 milyon dollar olub. İlin əvvəlindən "Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon dollarlıq qeyri-neft məhsullarının ixracı həyata keçirilib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video