Alternative content

15:23 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakının abadlığı və bakılıların rahatlığı
Bakının abadlığı və bakılıların rahatlığı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:57 09.11.2019


Prezidentin paytaxt rəhbərliyindən tələbi budur


Bakının son iki onillik ərzində simasını dəyişməsi, yeni memarlıq nümunələrinin, göydələnlərin ucaldılması, tarixi binaların, yolların bərpası, park və xiyabanların salınması paytaxtı sürətlə dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir.

İllər, əsrlər ötüb keçəcək, zaman dəyişəcək, lakin Prezident İlham Əliyevin üçüncü minilliyin əvvəlində ölkəmizin paytaxtını dünyanın nadir və məşhur şəhərlərindən birinə çevirməsi danılmaz fakt kimi tarixə əbədi həkk olunacaq.

İndi Bakı hər birimizin qürur mənbəyidir. Kim Bakını görübsə, qürur hissi ilə bu şəhərin əsrarəngiz gözəlliklərini, mehriban, qonaqpərvər insanlarını rəğbətlə xatırlayır. Görməyənlər də sonsuz maraq və riqqətlə onunla görüşə can atırlar.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən ehtimal etmək olardı ki, söhbət təkcə şəhərin müasir simasında son illər əldə edilən nailiyyətlərdən gedəcək, dialoq uğurların təntənəsi üstündə qurulacaq. Yəni buna zəmin var idi. Düzdür, Prezident söhbətində abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət etdiyini, bir sıra layihələrin təşəbbüskarı olduğunu bildirsə də, daha çox problemlərdən danışıldı.

Məlumdur ki, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında havanı çirkləndirən mənbələrin aradan götürülməsi ciddi rol oynamışdır. Balaxanı zibilxanasının ləğv edilməsi və onun yerində müasir poliqonun qurulması, zibilin çeşidlənməsi, bərk tullantıların yandırılması artıq müasir texnologiyalarla aparılır. Bununla paytaxtda ən ağır ekoloji fəlakət mənbəyi ləğv edilmişdir. İkinci fəlakət mənbəyi Bibiheybət mədənlərindəki neftlə çirklənmiş yerlər, gölməçələr idi. Orada da yeni park, idman şəhərciyi, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib. Böyükşor gölünə onilliklər ərzində axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular bu əraziləri də ekoloji fəlakət zonasına çevirmişdi. Bu gün bataqlıq kimi tanınan yerdə olimpiya stadionu tikilmiş, ağaclar əkilmişdir. Bunlardan əlavə, keçmış Sovet küçəsində də 20 hektarlıq əsrarəngiz park salınmış və s. işlər görülmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min yaşayış binası var. Həyətləri olan binaların sayı isə 6331-dir. 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılmış, onlarca binanın fasadı, dam örtüyü, bloku təmir olunmuş, su təchizatı sistemi yenilənmiş və bütün yaş kateqoriyaları üçün istirahət etmək və idmanla məşğul olmaq üçün şərait yaradılmışdır. Bütün bunlara baxmayaraq, Eldar Əzizovun sözlərinə görə, ilin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir: "Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Dövlət başçısını rəqəmlər qane etsə də, müzakirəyə konstruktiv və bir qədər də tənqidi yanaşdı, məsələnin həddən artıq vacib olduğunu qeyd etdi: "Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır”.

Ölkənin paytaxtı qazandığı adı uca tutmalı, yalnız qonaqları heyrətləndirməli deyil, həm də şəhər sakinləri üçün rahat, işıqlı və təhlükəsiz olmalıdır. O cümlədən lift təsərrüfatı bir neçə il əvvəl Prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına bir çox binada yenilənsə də, bu proses tam başa çatmalıdır.

Nümunəvi həyətlərin yaradılması ilə bərabər, onların qorunması da vacibdir. Bu gün hər bir sakin borcludur ki, dövlətin onların rahatlığı və şəhərin gözəlliyi üçün gördüyü böyük işləri göz bəbəyi kimi qorusun, hər bir həyəti nümunəvi vəziyyətdə saxlasın.

Ümumiyyətlə, dövlət başçısı belə hesab edir ki, şəhərin hər bir yeri abad olmalı və vətəndaşları narahat edən bütün problemlər aradan qaldırılmalıdır. İctimai nəzarət daha da gücləndirilməli, şəhərsalma qaydalarına tam əməl edilməlidir. Əvvəlki dövrlərdəki kimi şəhərsalma qaydalarını pozmaq, mövcud binaların düz önündə yeni çoxmərtəbəli binalar tikmək yolverilməzdir.

Görüşdə toxunulan ən vacib mövzulardan biri də rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqətin yüksək səviyyəyə çatdırılması ilə bağlı oldu: "Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər”.

Dövlət başçısı bu görüşdən ölkənin bütün rayonlarının icra başçılarına yenidən ismarıc göndərdi: "Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar”.

Bakı hər birimizin fəxridir, qürur mənbəyimizdir. Onun hər daşında, hər küçəsində bir tarix yaşayır. Bakıya qonaq gələn istənilən əcnəbi burada ruhuna, qəlbinə yaxın mənzərələr tapır, Şərq və Qərb memarlığının sintezindən zövq alır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM