08 Noyabr 2019 23:41
494
SİYASƏT
A- A+

Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat


ATƏT-in Daimi Şurasının növbəti iclasında Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı ölkəmizin bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Qalib İsrafilov bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda ötən ilin sentyabr ayından etibarən cəbhə xəttində müşahidə olunan görünməmiş sakit vəziyyətin və müsbət atmosferin münaqişənin həlli üzrə inkişafa gətirib çıxarmadığı vurğulanıb. Qeyd edilib ki, görüşlərin sayının artmasına baxmayaraq, Ermənistan tərəfinin substantiv məsələlər üzrə danışıqların aparılmasına siyasi istəyinin olmaması prosesin irəlilədilməsinə maneə olmaqda davam edir. Bu mənada, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşü də məyusluq doğurur.

Daimi nümayəndə çıxışında, həmçinin etimad quruculuğu tədbirlərinin yalnız siyasi prosesə paralel şəkildə aparılmasını və heç bir halda danışıqlar prosesinin əvəzləyicisi olmadığını vurğulayıb. Qeyd edilib ki, ötən illər ərzində Ermənistanın danışıqlar formatını şübhə altına alan bəyanatları sülh prosesinə açıq hədədir. Bu yanaşmanın həmsədrlərin martın 9-da tərəfləri formatı birtərəfli şəkildə dəyişdirməkdən çəkinməyə çağıran bəyanat verməsi ilə nəticələndiyi də qeyd edilib. Daha sonra daimi nümayəndə Ermənistan rəhbərliyinin status və Qarabağın mənsubiyyəti ilə bağlı təşviqedici çıxışlarına toxunaraq onları cavablandırıb.

Eyni zamanda, ATƏT prinsiplərinə münasibətdə ikili yanaşma və münaqişələrin həllinə biganəliyin mövcudluğunun məyusedici olduğunu vurğulayan diplomat Türkiyə, Ukrayna və Gürcüstana bütün münaqişənin həlli üçün əsas olan prinsiplərə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bildirilib ki, hərbi işğal heç bir zaman nəticə yaratmayacaq və münaqişənin həlli üzrə vasitəçilik kompromis və müzakirə subyekti olmayan Azərbaycanın suverenlik və ərazi bütövlüyünün bərpasına istiqamətlənməlidir. Həmçinin Azərbaycanın münaqişənin həlli prosesinə sadiq qaldığı diqqətə çatdırılıb.

Azərbaycan nümayəndəsi çıxışın yekununda işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlmiş qanunsuz fəaliyyətinə diqqəti cəlb edib, bunun Ermənistanın işğal vəziyyətini möhkəmləndirmək və baş vermiş fakt əsasında həllə məcbur etmək istiqamətində sistemli siyasətinin təzahürü olduğunu vurğulayıb. Daimi Şuraya peyk vasitəsilə çəkilmiş şəkillər təqdim olunub və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin dayandırılmadığı, əksinə, daha da genişləndirildiyini vizual sübutlarla nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video