08 Noyabr 2019 18:34
792
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var


Azərbaycanda aparılan sosialyönümlü siyasətin davamı olaraq noyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Məşğulluq” altsistemi əhalinin istifadəsinə verib.

AZƏRTAC xəbər verir ki, dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına xidmət edən altsistemin təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 min 200 vakant iş yeri haqqında məlumat var.

Nazir müavini deyib: "Hazırda işəgötürənlərin bütün mövcud vakansiyaları elektron bazaya daxil etməsi üçün addımlar atılır. Hansı ixtisaslar üzrə işçilərə daha çox tələbatı müəyyən etmək üçün təhlillər aparılır. Bu tələbat daha çox peşələr üzrədir. Artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyənlər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" alt sistemi üzərindən müraciət edə biləcəklər. İşsizlərin əmək bazarına qaytarılması sahəsində xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək və həmin proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".

Onun dediyinə görə, yanvarın 1-dən ölkəmizdə əhaliyə göstərilən sosial xidmətlərin avtomatlaşdırılması nəticəsində indiyədək 16 min vətəndaş pensiya ilə, övladın dünyaya gəlməsi ilə əlaqədar 4 min 700 nəfər sosial müavinətlə təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video