08 Noyabr 2019 17:50
625
SİYASƏT
A- A+

Prezident İlham Əliyev: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib


Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 90-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Çoxcildiyin 90-cı kitabında Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində İzmir şəhərində "Star” Neft Emalı zavodunun açılış mərasimində çıxışının mətni, Belarus Respublikasına rəsmi səfəri haqqında materiallar yer alıb. Nəşrdə Azərbaycan Prezidentinin İtaliya, Rusiya, ABŞ, İsveçrə, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmi nümayəndələrini, habelə VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gəlmiş yüksəkvəzifəli şəxsləri qəbul etməsinə dair informasiyalar da verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Lerik, Qax rayonlarına, Şəki, Sumqayıt şəhərlərinə səfərləri zamanı iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin, eləcə də Ağdam rayonunda Muğam Mərkəzinin açılış mərasimlərində çıxışlarının, İmişlidə "ASAN həyat” Kompleksinin açılışı zamanı robot "Sofiya” ilə söhbətinin mətnləri ilə tanış ola bilər. Söhbət zamanı "ASAN xidmət”i Azərbaycanın milli brendi adlandıran Prezident deyib: "Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi vardır”.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasiminin, V Bakı Beynəlxalq Teatr Konfransının, Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına məktubları və digər məktublar toplanıb.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 90-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video