08 Noyabr 2019 17:45
757
İQTİSADİYYAT
A- A+

Viktoras Prantskietis: Azərbaycanda əlverişli biznes mühiti aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb


Litva nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub


Azərbaycanda səfərdə olan Litva Seyminin Sədri Viktoras Prantskietis noyabrın 8-də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.

AZƏRTAC xəbər verir ki, Viktoras Prantskietis institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından maraqlanıb. Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev əvvəlcə qonağa biotexnologiya laboratoriyası haqqında məlumat verib. Bildirilib ki, bu laboratoriyada "in vitro” üsulu ilə viruzsuz tərəvəz toxumlarının istehsalı həyata keçirilir.

Qonağa məlumat verilib ki, son illər dövlət dəstəyi nəticəsində elmi-tədqiqat müəssisələrinin işinin yenidən qurulması, ən son texnoloji innovasiyaların tətbiqi sahəsində mühüm addımlar atılır. Qeyd olunub ki, institutda yaradılmış laboratoriyalar ekoloji baxımdan təmiz, virusa yoluxmayan tərəvəz toxumlarının istehsalına imkan verir.

Litva Seyminin nümayəndə heyəti institutdakı digər müasir laboratoriyaların fəaliyyəti ilə də tanış olub. Qonaqlara müasir avadanlıqların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri nümayiş etdirilib.

Daha sonra nümayəndə heyəti institutun istixanalarına baş çəkib. İstixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, dörd yeni sort yaradılaraq dövlət sort sınağına təqdim olunub.

Nümayəndə heyəti Toxum Satış Mərkəzində fermerlərə təklif olunan sağlam nümunələrə də baxıblar.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktori İmran Cümşüdov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev litvalı qonaqlara ölkəmizdə həyata keçirilən aqrar siyasət, bu sahəyə dövlət dəstəyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, aqrar sahəyə birbaşa və dolayı dövlət dəstəyi sayəsində kənd təsərrüfatının bütün sahələrində ciddi artım əldə olunub, ixrac bazarlarında ölkənin mövqeyi güclənib. Azərbaycanın aqrar sektorunun xarici investisiyalar üçün cəlbedici olduğunu vurğulan İlham Quliyev litvalı iş adamlarını tərəvəzçilik, heyvandarlıq, eyni zamanda, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində əməkdaşlığa dəvət edib.

Litva Seyminin Sədri Viktoras Prantskietis bildirib ki, son illər Azərbaycanda kənd təsərrüfatına dövlət səviyyəsində göstərilən dəstək təbirləri, xidmət və elmi təminat sisteminin təkmilləşdirilməsi maraqla izlənilir. Qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti digər ölkələrlə aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb. Ölkəsinin Azərbaycandakı səfirliyi vasitəsilə müzakirə olunan əməkdaşlıq istiqamətlərinin inkişaf etdiriləcəyini, yaxın gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunacağını deyən Litva Seyminin Sədri, ticarət əlaqələrinin inkişafının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, litvalı alimlərin və iş adamlarının Azərbaycana səfəri təşkil olunacaq, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş müzakirələr təşkil ediləcək.

Görüşdə qarşılıqlı əməkdaşlığın bir sıra istiqamətləri ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video