Alternative content

08:27 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
ANA SƏHİFƏ / SİYASƏT
00:57 08.11.2019


İlham ƏLİYEV: "Bakının memarlığı bizim milli sərvətimizdir”


31 Oktyabr Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil etdi və bu şəhərlərdən biri də bütün dünya azərbaycanlılarının qürur yeri - adı qəlbimizdə döyünən Bakı oldu. Paytaxtımız bu statusu dizayn tematikası üzrə qazandı.

Buna qədər isə 2017-ci ildə böyük tarixi ənənələrə malik şəhərlərimizdən Şəki "sənət və sənətkarlıq” tematikası üzrə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olmuşdu. Məlumat üçün bildirək ki, ümumən bu şəbəkəyə 246 şəhər daxildir. Paytaxt Bakının "Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması isə, təbii ki, hər birimiz üçün mühüm yenilikdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu münasibətlə həmvətənlərimizi təbrik etdi, UNESKO-nun qərarını paytaxtımızın tarixi üçün əlamətdar hadisə kimi dəyərləndirdi.

Bakının bu statusa layiq görülməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son onilliklərdə respublikada həyata keçirilən inklüziv inkişaf proqramlarının müsbət nəticəsidir. Ölkə Prezidenti Bakının nadir, özünəməxsus tarixi memarlıq simasının olduğunu dəfələrlə vurğulamışdır. "Bakının memarlığı bizim milli sərvətimizdir” deyən dövlət başçısı hər bir tarixi binaya, abidəyə böyük diqqətlə yanaşıldığını bildirmişdir: "O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər, hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz... İçəri şəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçəri şəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir”.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gözəlləşən paytaxtımızın inkişafına misilsiz töhfələri, eyni zamanda bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər Bakının "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olmasında həlledici rol oynayıb.

Mehriban xanım Əliyeva uzun illərdir ki, milli dəyərlərimizin, Azərbaycan mədəniyyəti incilərinin qorunması və beynəlxalq aləmdə təbliği missiyasını uğurla yerinə yetirir. Bu dəyərlərimiz sırasında tarixi memarlıq incilərimiz mühüm yer tutur. Amma bu missiya təkcə Azərbaycan dəyərlərinin xaricdə tanıtımı ilə məhdudlaşmır. Mehriban xanım Əliyeva dünya miqyasında əldə edilmiş ən müsbət, faydalı təcrübələrin, mütərəqqi dəyərlərin də Azərbaycan həyatına daxil olması üçün böyük əmək sərf edir. Bunların mühüm bir qismi də məhz müasir şəhərsalma ənənələri, şəhərsalmaya innovativ yanaşmalar, onların inkişafında inklüzivliyin təmin olunması ilə bağlıdır.

Müasir Bakının getdikcə dəyişən, gözəlləşən, sakinlər və şəhərimizin qonaqları üçün daha rahat və pozitiv olan simasında ölkə rəhbərinin fədakar əməyini, zövqünü, hər bir detala diqqət yetirmə bacarığını, ən əsası isə Azərbaycan sevgisini görə bilərik.

UNESKO-nun paytaxtımızı "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil etməsi də Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın Bakının və digər şəhərlərimizin inkişafına yaradıcı yanaşmasına, bu işə çəkilən zəhmətə beynəlxalq aləmin obyektiv qiyməti kimi böyük rəğbət doğurur.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. Bakı unikal bir şəhərdir. Təkcə İçəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalma memarlığının fundamental prinsiplərini özündə əks etdirir.


Kənddən şəhərə


Şəhərləşmə tarixin təbii qanunauyğunluğudur. Şəhərlərin meydana gəlməsi bəşər mədəniyyətinin inkişafı boyu qazanılan ən mühüm nailiyyətlərdən sayılır. Dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycandakı mükəmməl şəhərsalma ənənələri bu sosial təkamül prosesinin ölkəmizdə də əsrlərdir ki, uğurla davam etdiyini göstərir.

Hazırda dünyadakı bütün insanların 55 faizi şəhərlərdə məskunlaşıb. Azərbaycanda bu nisbət təxminən yarı-yarıyadır: ölkəmizdə əhalinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kənd yerlərində yaşayır. BMT-nin proqnozlarına görə, 2050-ci ilədək Yer üzündəki əhalinin 75 faizi şəhər sakini olacaq. Şəhər əhalisinin sayının sürətli artımı sənayeləşmə üçün yeni imkanlar yaratsa da, bu qədər insanın şəhərlərdə məskunlaşması eyni zamanda infrastruktur, ətraf mühitin qorunması və s. bu kimi böyük qayğılar deməkdir. Ona görə BMT urbanizasiya proseslərinin düzgün nizamlanması, şəhər planlaşdırılması, enerji effektivliyi, nəqliyyat məsələlərinin həlli, yaşıllıqlar, şəhərlərə xas mədəni dəyərlərin qorunması ilə bağlı hər il dünya ölkələrinə çağırışlar edir.

BMT-nin əsas qurumlarından olan UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” də bütün bu çağırışları nəzərə alaraq müxtəlif tematikalar üzrə fərqlənən şəhərlərin örnək kimi təqdim olunması, onlardan öyrənilməsi məqsədinə xidmət göstərir. Burada ən yaxşı təcrübələr əsas götürülür və başqalarına da təlqin olunur.

"Yaradıcı şəhərlər şəbəkəsi” öz inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və inklüziv inkişafının əsas faktoru sayır.


Yaradıcı şəhərlər mədəniyyətin yaşadığı, nəfəs aldığı yerlərdir


"Yaradıcı şəhər” konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Çarlz Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art” termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mütəmadi festivalların, eləcə də digər mədəni tədbirlərin təşkili və ya tərk olunmuş sənaye zonalarının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Bu konsepsiyanın müəllifinin fikrincə, kreativlik - müasir şəhərlərin dəyişikliklərə reaksiya verməsinə, idarəetməyə və resursların bölünməsinə ənənəvi yanaşmanı dəyişməsinə, texnoloji innovasiyaların tətbiqinə və öz mədəni irsini yenidən kəşf etməsinə imkan verən əsas amildir.

Onu da qeyd edək ki, yaradıcı şəhər konsepsiyasının həyata keçirilməsində açıq məkanlar çox mühüm rol oynayır. Bütün kateqoriyadan olan insanlar üçün açıq olan bu məkanlar şəhər sakinlərinin vaxtlarını xoş keçirməsi, özünü ifadə edə bilməsi, ideyalarını bölüşməyi bacarması və s. bu kimi imkanları nəzərdə tutur.

Bu konseptə görə, ən yaxşı yerlər o yerlərdir ki, orada əlaqələr yaradılır, münasibətlər qurulur, ora getmək asan olur, hərəkət məhdudiyyəti qoyulmur. Həm də adam bu şəhərdə özünü sərhədləri olmayan böyük dünyanın bir hissəsi hesab edir. Bu, elə yerlərdir ki, orada kamilləşmək, öyrənmək, özünü inkişaf etdirmək imkanları var. Bir sözlə, yaradıcı şəhərlər mədəniyyətin yaşadığı, nəfəs aldığı yerlərdir. Ən yaxşı şəhər isə, təbii ki, bütün bu keyfiyyətləri harmonik şəkildə özündə bir araya gətirmiş məkandır.


Bakı gözəl şəhərdir


Əgər son illər digər iri şəhərlərimiz kimi, Bakıda da həyata keçirilən ardıcıl inkişaf proseslərinə nəzər salsaq, bütün bunların hamısının paytaxtımızın yeni simasında uğurla öz əksini tapdığını görərik. Bir neçə il əvvəl Bakıda geniş vüsət alan abadlıq-quruculuq, yenidənqurma işlərinin parlaq nəticələri artıq göz önündədir. Paytaxtın infrastrukturu yenilənib, şəhərin görkəmi büsbütün dəyişib, Bakının xüsusilə səmərəli ərazilərindən daha məqsədyönlü şəkildə istifadə edilməsi, böyük parkların, xiyabanların salınması üçün köhnə və yöndəmsiz tikililər sökülüb, yerində şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar, geniş yollar, insanların sosiallaşmasına fayda verən mədəni məkanlar yaradılıb. İndi paytaxtımızda qonaq olan hər kəs Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu etiraf edir. Bu gözəlliyi şəhər həyatında getdikcə qabarıq şəkildə özünü büruzə verən ahəng, harmoniya, Şərq və Qərb dünyagörüşünün ən mütərəqqi cəhətlərini özündə əks etdirən təkrarsız üslub, dizayn elementləri tamamlayır. Ona görə də Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olması əslində gözlənilməz deyildi.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərin inkişafının daim diqqət mərkəzində olduğunu söylədi. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı önəmli layihələrin icra olunduğunu xüsusi vurğuladı. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlərin nəticələrini qeyd etdi: "Ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi park indi şəhərə yeni yaraşıq verir... Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın, o cümlədən tikintilərlə bağlı məsələlər”. Ölkə Prezidenti şəhərin təsərrüfatının yeniləndiyini, Bakıda şəhərsalma qaydalarının tam təmin edildiyini də xüsusi vurğuladı. 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılmışdır. Bu sahədə Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu birliyin səyləri nəticəsində hazırda Bakıda yeni bir məhəllələrarası parklar formatı da tətbiq olunur. Həmin ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri təmir edilir, su təchizatı sistemi yenilənir və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılır. Bu proses davam edir.


Şəhər brendi


"Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olmaq üçün xüsusi hüquqi normalar, proqramlar var. Bura təkcə şəhərin fiziki inkişafı deyil, iqtisadi durumu, innovasiya və texnologiyalara meyilliliyi, keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti, turistlərin şəhərə gəlmək imkanları və s. bu kimi amillər də daxildir. Hər üç ildən bir "Yaradıcı şəhərlərin qlobal forumu” keçirilir. Forumda bu istiqamətdə reallaşdırılan layihələrlə bağlı məlumatlar təqdim edilir. Bakının bu şəbəkəyə qoşulması təkcə hüquqi faktorlarla əlaqəli deyil, eyni zamanda şəhərdə keçirilən çoxsaylı tədbirlər, qədim və müasir memarlıq ənənələri arasında harmoniyanın yaradılması ilə bağlıdır.

Bakı illərdir ki, qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi edir. "Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1” yarışları, "Bakı prosesi” çərçivəsində keçirilən beynəlxalq humanitar forumlar bütün digər faydaları ilə yanaşı, həm də doğma paytaxtımızı dünyaya tanıtmaqdan ötrü gözəl imkanlar yaradıb. Azərbaycan, o cümlədən Bakı şəhəri Qərblə Şərqin təmas yeri, mədəniyyətlər arasında dialoq məkanı kimi qəbul edilib.

Bu yönümdə görülən işlərin xoş nəticəsi isə son illər ölkəmizə başlanan turist axını, paytaxtımızın dünyanın turizm mərkəzləri sırasına daxil olması, həmçinin "Yaradıcı şəhərlər şəbəkəsi”ndə özünə yer tutmasıdır.

Bütün bunlar milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyada təbliği, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana cəlb edilməsi, Bakının bir şəhər brendinə çevrilməsi üçün dövlət rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin təntənəsidir.

UNESKO yaradıcı şəhər statusunu hər bir şəhərə daimi olaraq verir. Amma şəhərin bu statusu qoruya bilməsi üçün layihələr davamlı xarakter daşımalıdır. 246 şəhərin birləşdiyi platformada təmsilçilik təcrübə mübadiləsi, milli dəyərlərin təbliği baxımından böyük rol oynayır. Bakının bu şəbəkəyə daxil olması digər şəhərlərimizə də yol açır.

Mütəxəssislərin söylədiklərinə görə, hər şəhərin bu şəbəkədə özünü doğrulda bilməsi üçün əsas amillərdən biri şəhərsalmada inklüziv inkişaf məsələsidir. Şəhərlərin bu siyahıya salınmasında "3 T” prinsipi əsas götürülür. Bu prinsip talant, texnologiya və tolerantlığı özündə birləşdirir. Bakının müvafiq şəbəkəyə daxil olaraq üzərinə müəyyən öhdəliklər götürməsi paytaxtımızın gələcək inkişafının da bu prinsiplər əsasında aparılacağını söyləməyə əsas verir. Nəzərdə tutulan işlərin yerinə yetirilməsində yaradıcı şəhər statusundan irəli gələn şərtlərə ciddi əməl ediləcək. Bu da Bakıda və regionlarımızda yaradıcı sənayenin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə böyük kömək göstərəcək. İnklüziv şəhərsalma şərtləri başqa şəhərlərimizdə də nəzərə alınacaq. Onların brendləşdirilməsi istiqamətində işlər genişlənəcək. Ölkəmizə turist axını güclənəcək. Şəbəkəyə qoşulmanın məhz dizayn üzrə olması ölkəmizdə bu sahənin inkişafına da təkan verəcək. Dünya iqtisadiyyatının dinamik sektorlarından olan, əsasən kreativ gənclər hesabına inkişaf edən yaradıcı və mədəniyyət sənayesi bu yenilikdən öz faydasını götürəcək.

Bir sözlə, Bakının "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olması ən yeni tariximizin mühüm hadisələrindən biri və gələcək uğurlarımızın müjdəçisidir.

Prezident İlham Əliyevin bütün bu işlərə dəstək göstərməsi və onları nəzarətdə saxlaması, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə məxsusi töhfələri sözügedən prosesə öz müsbət təsirini göstərir.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM