Alternative content

15:22 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin əvvəlindən AÇG-də 20 milyon tondan çox neft hasil edilib
İlin əvvəlindən AÇG-də 20 milyon tondan çox neft hasil edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 08.11.2019


"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasilat sabit davam edir və gündə orta hesabla 541 min barel neft alınır.

Beləliklə, ilin ötən üç rübü ərzində gündəlik orta hasilat "Çıraq”dan 41 min, "Mərkəzi Azəri”dən 133 min, "Qərbi Azəri”dən 121 min, "Şərqi Azəri”dən 92 min, "Dərinsulu Günəşli”dən 95 min və "Qərbi Çıraq”dan 59 min barel təşkil edib. AÇG-dən 9 ay ərzində 148 milyon barelə yaxın, yəni 20 milyon ton neft çıxarılıb.

AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən çox, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG layihəsinin operatoru olan BP şirkətindən aldığımız məlumatda həmçinin hazırda bu yataqlar blokunda 124 neft hasilatı, 42 su injektor və 7 qaz injektor quyusunun istismar edildiyi bildirilir. Qeyd edilir ki, oktyabrın 1-dək 9 neft hasilatı quyusu qazılıb.

Layihədəki iştirak payları BP (30,37 faiz), SOCAR (25 faiz), "Şevron” (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor” (7,27 faiz), "EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited (2,31 faiz) şirkətlərinə məxsusdur. İlin əvvəlindən AÇG-nin əməliyyat xərcləri 418 milyon dollardan çox, əsaslı məsrəfləri 1034 milyon dollara yaxın olub.

2019-cu ilin aprel ayında AÇG yataqlarının işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi Şərqi” layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu layihəyə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində "Azəri Mərkəzi Şərqi”dən 300 milyon barelə qədər əlavə neft alınacağı gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr artıq bağlanıb. Tikinti işlərinə iyul ayında başlanıb.

Xatırladaq ki, məhz AÇG Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirib. 1994-cü ildə bu yataqların işlənməsi üçün imzalanan sazişdən sonra ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər baş verib. 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard bareldən artıq) neft hasil edilib. Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək Azərbaycana 44 milyard kubmetrdən çox səmt qazı təhvil verilib.

AÇG-nin həyata keçirilməsinə başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək BP və layihədəki tərəfdaşları Azərbaycanın davamlı iqtisadi inkişafına dəstək verən sosial proqramlara 84 milyon dollardan çox vəsait xərcləyiblər.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb. "Azəri Mərkəzi Şərqi” platforması da məhz bu saziş çərçivəsində inşa edilir.

Yeni saziş AÇG-nin iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yataqlar blokuna 40 milyard dollardan çox kapital qoymağa imkan verir. Bu saziş növbəti 30 ildə iştirakçı şirkətlərin yeni investisiyalar, texnologiyalar və hasilatı maksimuma çatdırmaq məqsədilə birgə səylər hesabına AÇG-nin uzunmüddətli işlənmə potensialını açmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM