Alternative content

15:24 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistanda “Əbədi dostluğumuz” adlı sərgi açılıb
Özbəkistanda “Əbədi dostluğumuz” adlı sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
00:53 08.11.2019


Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycanın milli geyimlərinin də yer aldığı "Əbədi dostluğumuz” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, "Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Əvvəl iştirakçılar AMM-nin hazırladığı sərgiyə baxıblar.

Foyedə nümayiş olunan kitab sərgisində ölkəmizin bayrağı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, habelə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.

Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən "Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib.

AMM-in nəzdindəki "Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Mədəniyyət günləri AMM-nin, "Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı "Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM