Alternative content

15:26 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var
Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var
ANA SƏHİFƏ / Mədəniyyət
00:53 08.11.2019


Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Fərxad Ermanov Bakıdan və Daşkənddən Urgənc şəhərinə gələn nümayəndələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fərxad Ermanov qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirib. O, qədim Xivə, onun təkrarsız abidələrindən danışıb, bu ilin doqquz ayında Xarəzmə 2 milyondan çox xarici turistin gəldiyini vurğulayıb. F.Ermanov əmin olduğunu bildirib ki, bundan sonra qədim Xarəzmin mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq məsələlərindən danışıb, Xarəzm vilayəti ilə Azərbaycanın regionları arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında "Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu, vilayətin ali məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

S.Abbasov ölkələrimiz arasında əlaqələrin dərinləşdiyini qeyd edib, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması, Türk Şurasının Bakıda keçirilən Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı ilə görüşü haqqında söhbət açıb. O, Özbəkistanın Türk Şurasına üzvlüyünün əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.

"Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan və özbək xalqlarının dostluğundan danışıb, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayıb. O, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu deyib. S.Vəliyeva qədim Xivə şəhərini gəzdiklərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirib.

Akademik Kamran Əliyev və özbək alimi və tərcüməçisi Babaxan Şərif əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.

Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət Mərkəzinin, "Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı "Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM