Alternative content

06:51 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seulda AZƏRTAC-ın sədrliyi ilə OANA-nın XVII Baş Assambleyası işə başlayıb
Seulda AZƏRTAC-ın sədrliyi ilə OANA-nın XVII Baş Assambleyası işə başlayıb
ANA SƏHİFƏ / SİYASƏT
00:52 08.11.2019


Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda işə başlayıb.

AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilən Baş Assambleyada 28 ölkədən 32 xəbər agentliyi iştirak edir. 2004-cü ildən OANA-nın üzvü olan AZƏRTAC 2016-cı ildən bu təşkilatın sədridir. OANA 1961-ci ildə UNESKO-nun himayədarlığı ilə yaradılıb və dünyada ən böyük media qurumlarından biridir.

Baş Assambleya çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Fotolar "Xəbərlər”, "Mədəniyyət” və "Təbiət” kateqoriyalarını əhatə edir. Sərgidə AZƏRTAC-ın da fotoları təqdim edilib. Ümumilikdə, sərgidə 100-ə yaxın foto nümayiş olunur. Sərginin açılışında xəbər agentlikləri rəhbərləri ilə yanaşı, Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu da iştirak edib.

Açılış mərasimində çıxış edən Yonhap agentliyinin prezidenti Ço Sanq Bo bütün dünyada xəbər agentliklərinin yeni çağırışlarla üzləşdiyini və agentliklərin bu çağırışları yeni imkanlara çevirməli olduğunu deyib. O bildirib ki, indiki dövrdə hansı xəbəri deyil, xəbəri hansı formada yaymaq daha aktualdır. Ço Sanq Bo AZƏRTAC-ın OANA-da sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirərək onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.

Konfrans işini noyabrın 8-də davam etdirəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM