Alternative content

01:17 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözəlliklər Bakının hüsnünə yaraşıqdır
Gözəlliklər Bakının hüsnünə yaraşıqdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:44 08.11.2019


Azərbaycanın hər bir guşəsi gözəldir. Təbii sərvətlərilə zəngin olan diyarımız zaman-zaman şairlərin şeirlərində öz tərənnümünü tapıb. Ümumiyyətlə, son illərin Bakısı "dünyanın gözünü qamaşdırır”, onun hüsnünün gözəlliyinə aşiq olanlar axın-axın ölkəmizə səfər edirlər. Bu gün paytaxt Bakının gəzməli, görməli yerlərində "dünyanın o başından” gələn turistləri görəndə heç kim təəccüblənmir, çünki onlar da Bakını tarixin yadigarı, müasirliyin nümunəsi kimi görürlər.

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayıram. Bu rayonun da bəxtinə abadlıq və quruculuqdan pay düşdüyünün şahidiyəm. Bakının əksər rayonları kimi, Binəqədi, o cümlədən Biləcəri qəsəbəsindəki yenilikləri də görməmək mümkün deyil: küçələr asfatla örtülür, xətlənir, nişanlanır, zibilxanalar görünməz olur. Atalarımız deyib ki, abadlıq yollardan başlayar. Qəsəbəmizin yollarının belə abadlaşdırılması sakinlərin rahatlığının təmin edilməsi məqsədindən irəli gəlir. Ona görə də onlar dövlət başçısından xüsusi razılıqlarını və minnətdarlıqlarını bildirirlər.

Bu yaxınlarda Prezident İlham Əliyev çıxışlarının birində yenə də qeyd etdi ki, Azərbaycan vətənimiz, paytaxt Bakı onun ürəyidir. Biz ölkəmizin hərtərəfli inkişafını görürük. Xüsusən də Bakımızın gündən-günə gözəlləşməsinə sevinirik. Bu, həm ölkəmiz, həm xalqımız, həm də dövlətimizin inkişafı deməkdir. Bakı sakinlərinin əksəriyyəti gənclər olsa da, veteranlar, ağsaqqal, ağbirçək, təqaüdçülərimiz də az deyil. Şəhərdə yeni salınan park və istirahət düşərgələri onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Bu yaxınlarda qəsəbəmizdə daha bir ürəkaçan tədbir keçirilib: şəhid adının əbədiləşdirilməsi məqsədilə məhəllələrarası yollarımız təmir edilib, küçəmiz gecələr nura qərq olub. Buna görə də şəhid ailəsi və qəsəbəmizin müharibə veteranları adından dövlətimizin başçısına, həmçinin bu abadlıq-quruculuq işlərində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.

Xosrov KƏRİMOV,

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini, müharibə veteranı və şəhid ailəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM