Alternative content

15:23 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
19:28 07.11.2019

Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlik barədə məlumat verib. O bildirib ki, gündəliyə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və "Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.

Gündəlikdəki ilk iki məsələ barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur və bu da ötən illə müqayisədə 17 faiz, yəni, 697,4 milyon manat artım deməkdir. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, palata bu iki məsələyə dair rəyini hazırlayaraq təqdim edib. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin ən böyük hissəsi məcburi sosial sığorta haqlarına aid olacaq. Palata sədri qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə uyğun olduğunu diqqətə çatdırıb.

İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov statistikanın müəyyən edilməsində tətbiq olunmuş yeniliklərdən və onların səmərəliliyindən danışıb.

Sonra İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunu və ehtiyac meyarının həddini diqqətə çatdırıb. Bildirib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib. Bu, yaşayış minimumunun ötən illə müqayisədə 5,5 faiz, ehtiyac meyarının həddinin isə 11,9 faiz artması deməkdir.

İclasda çıxış edən komitə üzvləri Araz Əlizadə, Elmira Axundova, İlham Məmmədov, Musa Quliyev, Sevinc Hüseynova, Aytən Mustafayeva və müvafiq qurumların nümayəndələri ölkəmizdə aparılan sosial islahatları yüksək qiymətləndirib, qanun layihələri barədə fikirlərini bildiriblər.

İclasın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qaldırılan məsələlərə münasibətini bildirdikdən sonra gündəlikdəki bütün məsələlər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM