07 Noyabr 2019 17:48
480
SİYASƏT
A- A+

Koreya Respublikasının Prezidenti Mun Ce-in AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın nümayəndə heyətini qəbul edib


Noyabrın 7-də Koreya Respublikasının Prezidenti Mun Ce-in Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərlərini qəbul edib.

OANA-nın XVII Baş Assambleyası Seulda işə başlayıb və iki gün davam edəcək. Assambleyada 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bu təşkilata 2016-cı ildən AZƏRTAC sədrlik edir.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident Mun Ce-in xəbər agentliklərinin sülhün və sabitliyin təmin edilməsində böyük rol oynadığını qeyd edib. Feyk xəbərlərin sürətlə yayıldığı indiki dövrdə xəbər agentliklərinin əhəmiyyətini xüsusi vurğulayan Prezident etimadın media üçün vacib rol oynadığını diqqətə çatdırıb.

Sonra çıxış edən OANA-nın prezidenti Aslan Aslanov "Jurnalistika üçün yeni çağırışlar: Texnoloji yeniliklər və xəbərlərin etibarlılığı məsələsi” mövzusunda keçirilən konfrans və Baş Assambleya barədə məlumat verib. "Texnoloji yeniliklər agentliklər üçün həm çətinliklər yaradır, həm də yeni imkanlar açır. İKT sənayesində lider ölkələrdən olan Koreya Respublikasında bu müzakirələrin aparılması bizim üçün önəmlidir. Biz toplantılarda mediaya ictimai etimad məsələsi, həmçinin feyk xəbərlərin zərərləri və təhlükələri barədə fikir mübadiləsi aparırıq. Bu mənfi hallar jurnalistikanın əsas prinsiplərinə təhlükədir”, - deyə Aslan Aslanov qeyd edib.

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Ço Sanq-bonun, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liunun, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovun, Vyetnamın VNA agentliyinin baş direktoru Loi Nquyen Dukun və digər agentliklərin rəhbərlərinin suallarını cavablandıran Prezident Mun Ce-in Koreya yarımadasında sülhün təmin olunması, iqtisadi inkişafın gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. "Qarşımızda keçilməli olan çox sayda sədlər var. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülh istiqamətində yeni tarixi addımlar atılacaq. Mən OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm və təşkilatın inkişafı və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə qurumun prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm”, - deyə Prezident Mun Ce-in bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video