07 Noyabr 2019 17:05
493
DÜNYA
A- A+

Burkina-Fasoda silahlı hücum: 37 nəfər həlak oldu


Burkina-Fasonun şərqində Kanadanın SEMAFO qızıl istehsalı şirkətində işləyən şaxtaçıların avtomobil karvanına silahlı hücum nəticəsində 37 hərbçi və mülki şəxs həlak olmuş, azı 20 nəfər yaralanmışdır. Bu barədə yerli AIB rəsmi informasiya agentliyi xəbər verir.

Məlumata görə, hadisə Qurma və Tapoa əyalətlərinin sərhədində baş vermişdir. Birinci avtomobil yolda yerləşdirilmiş minaya düşdükdən sonra cinayətkarlar karvanı atəşə tutmuşlar.

Bəzi yaralıların vəziyyəti ağırdır. Onlar paytaxt Uaqaduqunun xəstəxanalarına yerləşdirilmişlər. Digər zərərçəkənlər "Fada N’Gourma” regional xəstəxanasına çatdırılmışlar.

Hücum nəticəsində itkin düşənlər var. Hüquq-mühafizə orqanları cinayətkarları axtarıb taxmaq üçün əməliyyat keçirir.

Son dörd ildə Burkina-Fasoda 600 nəfərdən çox adam terror hücumlarının qurbanı olmuşdur. Ölkənin 13 regionunun 7-də hələ də fövqəladə vəziyyət rejimi qüvvədədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video