07 Noyabr 2019 16:58
1021
Təhsil
A- A+

Ağdamda yeni məktəb binasının açılışı olub


Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdən əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Ağdamda I Yüzbaşılı kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib. Firudin Qurbanov qeyd edib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. Nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyərli işlərin görüldüyünü deyib.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir.

Sonra Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Firudin Qurbanov onlarla səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Daha sonra məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video