07 Noyabr 2019 15:16
762
Mədəniyyət
A- A+

Milli Kitabxanada Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub


Noyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim–tələbə heyətini ürəkdən təbrik edib. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivini təbrik edərək bildirib ki, Xalq Cümhuriyyətinin yadigarı olan BDU 100 il ərzində keşməkeşli yol keçib. Dövlətçiliyimizin inkişafında, milli kadrlarımızın yetişdirilməsində, Azərbaycan dilinin inkişafinda mühüm rol oynayıb. Vurğulayıb ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə ümummilli lider Heydər Əliyev "Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin tarixi, inkişafı və yubiley tədbirlərinin beynəlxalq səviyyədə qeyd edilməsinə diqqət çəkib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini söyləyən rektor Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib.

Qeyd olunub ki, Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər respublikamızın elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Hüseynbala Mirələmov, BDU-nun professorları Abuzər Xələfov, Cahangir Məmmədli və başqaları çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidməti olduğunu diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin BDU-nun fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video