Alternative content

01:39 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib
Dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib
ANA SƏHİFƏ / Elm və texnika
15:14 07.11.2019

Nazirlər Kabineti dosent və professor elmi adları barədə attestatların formasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.

Qərara əsasən, Dosent Attestatının təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Dosent Attestatı açıq mavi rənglidir.

Eyni zamanda, qərarla Professor Attestatının da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Professor Attestatı açıq çəhrayı rənglidir.

Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM